Gözaltı ləkələrlə mübarizə üsulları

loading...

Həddindən artıq duz istehlakı, stress, yorğunluq, yuxusuzluq gözaltı ləkələrin, qara halqaların əsas səbəblərindəndir. Krem və bənzər bir çox kimyəvi məhsulları istifadə edərək müvəqqəti nəticələr əldə etmək olar, lakin bu zaman da dərimizi riskə atdığımızı unutmamalıyıq. Bitki mənşəli həll həm qısa müddətdə təsirli nəticə almanızı, həm də dərinizin heç bir kimyəvi müdaxil olmadan müdafiəsini təmin edər.

Gözaltı ləkələrdən xilas olmaq istəyirsinizsə, ilk əvvəl qidalanmağınıza diqqət yetirməlisiniz. Çünki adətən bu ləkələr bədəndə yığılmış toksinlərdən meydana gələr. Buna görə qəhvə, spirt və siqaret kimi zərərli vərdişlərinizi azaltmalısınız. Səhər naharlarını nizamlı etməli və sağlam qidalara üstünlük verməlisiniz.

Hər gün, nizamlı olaraq su içməlisiniz. Su, bədəndəki toksinlərin asanca çölə atılmasına köməkçi olur. Dərini cavanlaşdırir və dəri ləkələrinin itməsini təmin edir.

Yelləmə paket çaylarını ya da dəmlədiyiniz çay artıqlarını tullamayın. Çünki çay gözaltı ləkələrlə mübarizədə əsas bitki mənşəli həllərindən biridir. Çay dəmini və ya paket çaylarını soyuduqdan sonra, 10-15 dəqiqə gözlərinizdə gözlədin.

Göz bölgənizə həddindən artıq makiyaj etməkdən çəkinin. Beləcə dərinizin hava almasını təmin etmiş olarsınız. Ayrıca sürdüyünüz nəmləndirici kremləri, pambığın köməyi ilə gözaltlarınızda yaxşıca yayılmış olmasına diqqət yetirin.

Bir qab isti su ilə üzünüzə buxar vannası edin. Bununla üzünüzdəki məsamələrin açıldığını görəcəksiniz. Bu üsulla asanlıqla üz təmizliyinizə də reallaşdıra bilərsiniz.

Gözaltı qaraltıları olan kəslər, bol meyvə və tərəvəz qəbul etməlidir. Xüsusilə C və E vitamini baxımından zəngin qidalara üstünlük verilməlidir.

Bundan əlavə çiy kartofu həlqəvari dilimləyərək göz qapaqlarınıza 15 dəqiqə yerləşdirməklə də kölgələri azaltmış olarsınız.

Gözlərinizə soyuq su ya da buz ilə kompres tətbiq edin. Beləcə həm gözlərinizi rahatlatmış, həm də gözaltı kölgələrdən azad ola bilərsiniz.

Şərh yaz