Gözəllik və qadın

loading...

Sevimli qadınlar, məqaləmi bilərəkdən bu sözlərlə başlayıram çünki… Məncə səbəbini siz məndən yaxşı bilirsiz. Heç kimə sirr deyil ki, qadınlar tarix boyu böyük gücə malik olublar. Və mən bildiyiniz kimi fiziki deyil mənəvi gücü nəzərdə tuturam. Amma bugünkü məqaləm bu mövzuda deyil. Bu gün sizə bildiyiniz lakin çox zaman unutduğunuz bir cümləni xatırlatmaq istərdim. “Başlamaq üçün heç vaxt gec deyil”.

Bunu sizə belə şərh edəcəm. “Başlamaq üçün heç zaman gec deyil” xüsusi ilə de əgər günəş bizim tərəfimizdədirsə. Bunu bir az obrazlı dedim, çünki yenidən başlamaq və dəyişmək üçün mövsümlərin ən idealı yay mövsümüdür. Ağır və soyuq qış aylarından sonra yayın təravətini özündə hiss etməkdən gözəl heç nə yoxdur. Xüsusi ilə də biz qadınlar üçün. YAY- sevgi fəslidir. Böyük ümidlər vəd edən bu mövsümü bəs necə dəyərləndirməliyik? Cavab: SEVƏRƏK! Çox primitiv məsləhət olsa da məncə bu haqda bir az dərin düşünməyə dəyər.

Ən parlaq və kreativ ideyalar insanın ağlına onun sevdiyi və sevimli olduğu vaxt gəlir. Bu artıq təsdiqini tapmış bir nəzəriyyədir. Sevgi nəinki xarici görünüş , ümimiyyətlə bütün baxış sistemini ələ alan bir gücə sahibdir. Qadın isə sevərkən bütün halı ilə bunu biruzə verir. Bu period isə qadın maksimum dərəcədə gözəl görünməyə çalışır. Və bu gözəllik təkcə xaricdə deyil daxildə də onu müşayiət edir. O özü də fərqində olmadan gözlənilməz və eləcədə xoş sürprizlərlə qarşılaşır. Beləliklə qadının həyatında dəyişikliklər mərhələsi start alır.

Unutmayın ki, yenidən başlamaq üçün heç vaxt gec deyil. Ona görə dəyişikliyi ilk öncə özünüzdən – daxili dünyanızdan başlayın. Həyatınıza, yaşamınıza sadəcə özünüzdən və öz dünyanızdan bir parça qatın. Qalan hər şey öz axarı ilə qaydasına düşəcək. Və unutmayın : Gözəllik ən qorxulu və eyni zamanda ən təəccüblü gücdür.

Biz qadınlar isə bu gücü harada və necə istifadə edəcəyimizi bilirik. Güman edirəm bu sətirlər sizə kiçik bir addım atmağa kömək edəcək. Həmişə sevilən tərəf olun…

loading...
SHARE
Şərh yaz