Gözlərinizi qardan qorumaq üçün….

Gözlər
loading...

Qar insanlara sevinc bəxş etsə də, “qar korluğu” adı ilə tanınan göz xəstəliyinə səbəb olur ki, bu da göz qapaqlarında qızartılara və yanıqlara yol aça bilər. Gözlərdə yanma, sulanma, ağrı və fotofobi (həddindən artıq işıq həssaslığı) meydana gəlir.

Göz qapaqlarında istəksiz bağlanma (blefarospazm) baş verir. Gözdə meydana gətirdiyi zərərin şiddətinə görə isə fərqli dərəcələrdə bulanıq görməyə də yol aça bilər.

Ani şəkildə ultrabənövşəyi şüalara məruz qalan gözlərdə həssaslıq və şikayətlərin 6-8 saat sonra başladığı və bir neçə gün çəkdiyi bildirilib. Bu problem 1 həftəyə qədər uzanır.

Qar korluğunun gözlərdə yaratdığı narahatlığın təsirini minimuma endirmək üçün Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Eroğlunun tövsiyələri isə belədir:

  • Gözlərinizi soyuq su ilə yuyun.
  • Gözlərdə yaranan ağrını azaltmaq üçün süni gözyaşı, yaxud da həkim məsləhəti ilə ağrıkəsicidən istifadə edin.
  • Gözlərinizi qətiyyən ovuşdurmayın. Çünki bununla göz probleminizi daha da artıra bilərsiniz.
  • Bu hadisə ilə üzləşməmək üçün gün eynəklərindən istifadə edin.
  • Qoruyucu süni gözyaşı damcılarından istifadə edin.
loading...
Şərh yaz