Gül, deyim necə insansan!

loading...

Hər bir insanın özünəməxsus xarakter və hissləri var. Bu xüsusiyyətləri insan bir çox hərəkət və davranışları ilə büruzə verir. İnsan özü haqqında, necə adam olduğu haqda fikri, içdiyi içki, geyimi və hətta gülüşü ilə formalaşdıra bilər.
Belə ki, əgər siz:

  • Gülərkən qaşlarınızı çatırsınızsa, demək çox təmkinlisiniz. Yalnız, özünüzdən razı insansınız. Özünüzə kənardan baxsanız yaxşı olar.
  • Gülərkən başınızı yelləyirsinizsə, çox sadəlövhsünüz. Ətrafınızdakılar sizi başa düşmürlər. Ürəyiniz çox təmizdir. Sizə bel bağlamaq olar, lakin hər zaman ağlınızın hökmünə deyil, ürəyinizin səsinə qulaq asırsınız. Bu isə adətən məğlubiyyətlə nəticələnir.
  • Gülərkən əlinizi ağzınıza tutursunuzsa, özünə güvənənlərdən deyilsiniz. Tez sıxılır və ətrafınızdakılardan uzaq qalmağı xoşlayırsınız. Özünüzə qapalı insansınız. Bu xasiyyətinizi tərgitsəniz yaxşı olar, hər halda tək qala bilərsiniz.
  • Gülərkən burnunuzu qaşıyırsınızsa, deyingən insansınız. Hər an öz fikrinizi dəyişə bilərsiniz. Bu xasiyyətinizlə küləkdən geri  qalmırsınız. Bu isə heç də yaxşı xasiyyət deyil.

Uca səslə gülən insansınızsa, həddən artıq temperamentlisiniz. Bəzən səbirsiz olub, tez özünüzdən çıxırsınız. Dostluqda alicənab olub,
insanların etibarını doğrulda bilirsiniz. Sevdiklərinizi heç vaxt yarı yolda buraxmazsınız. Lakin çox tələbkarsınız, yalanı heç vaxt
bağışlamırsınız.

Avislə həyat

loading...
SHARE
Şərh yaz