Gül kələmi kiftəsi

1234
loading...

İlk dəfə bu yeməyi Vegeteriyan rəfiqəm Suna bardaqçının evində yemişdim və çox bəyənmişdim.

Rəfiqəm bu yeməyi ara yemək olaraq süfrəyə təqdim etmişdi. Sizin də vegeteriyan dostlarınız varsa onlar üçün hazırlayıb təqdim edə bilərsiniz. İnanın bu jestiniz onların çox xoşuna gələcək.

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

  • 1 ədəd orta ölçülü gül kələmi
  • 2 kibrit qutusu böyüklüyündə kaşar pendiri
  • 1 stəkan un 4 yumurta 1 stəkan duru yağ duz, qara bibər

Hazırlanması:

Gül kələmi yarpaqlarından ayırın. Gövdələrini kəsin. Sadəcə çiçək qismini saxlayın.

Çiçək qismini az duzlu suda qaynadın. Kələmi yumşalana qədər bişirib, sudan çıxarın. Kələmi çəngəl yardımıyla əzin. Üzərinə sürtgəcdən keçirilmiş kaşar pendirini, unu, qara bibəri, duzu, yumurtanı əlavə edin. Yaxşıca qarışdıraraq xəmir halına gətirin.

Tavada qızdırılmış yağın içərisinə qaşıq-qaşıq qoyaraq qızardın.

İsti-isti servis edin.

Şərh yaz