Güllər və onların mənası

Güllər
loading...

Sevdiyin insana gül buketi hədiyyə edərkən ilk növbədə nəyə diqqət etmək lazımdır? Əlbəttə, onun şəxsi üstünlüklərinə. Razılaşın ki, fikirləşmədən seçilmiş güllər sevinc yaratmaq əvəzinə, yalnız insana olan diqqətsizliyi və ya laqeydliyi vurğulayacaq.

Ona görə gül seçərkən onların gizli mənalarına diqqətli etmək lazımdır. Bəzi hallarda, müxtəlif ölkələrdə eyni güllər tamamilə əks məna daşıyırlar. Belə ki, yapon adətlərinə görə hortenziya gülləri qəm və kədəri ifadə edir, lakin başqa xalqların fikrincə bu gül bədbəxtliklərdən və xəstəliklərdən müdafiə edir. Belə müxtəlif izahlara baxmayaraq, bir sıra güllərin hamı tərəfindən artıq qəbul olunmuş mənaları mövcuddur.

  • Astra — latın dilindən tərcümədə “ulduz” deməkdir. Sevgi ilahəsi olan Venera ilahəsinin gülü hesab edilir. Sevgi, cazibədarlıq rəmzidir.
  • Ağ akasiya — məsafədə olan sevgi, hislərin sönməyən alovunun rəmzidir.
  • Çəhrayı akasiya — incəlik, zəriflik rəmzidir.
  • Qərənfil — gözəllik, qadın sevgisi, qarşılıqlılığa ümid rəmzidir.
  • Qırmızı qərənfil — ağılsız sevgiyə və sitayişə işarə edir.
  • Ağ qərənfil — qələbə, şöhrət, uğur rəmzidir.
  • Çəhrayı qərənfil — dərin sevgi hisslərinin rəmzidir.
  • İris gülü — sözsüz etibar, dərin hörmət və müdriklik rəmzidir.
  • İnciçiçəyi — qarşılıqlı hisslərin rəmzidir.
  • Zanbaq — təmizlik və saflıq rəmzidir.
  • Maqnoliya — ədəb, sədaqət rəmzidir.
  • Qızçiçəyilər — böyük və təmənnasız sevgi rəmzidir.
  • Nərgizgülü — yazın, yüngül təbəssümün rəmzidir.
  • Səhləb gülü — ailə səadətinin rəmzidir.
  • Qızılgül — nikahı, xoşbəxt ailə həyatını və ağılsız ehtirası simvollaşdırır.
  • Tünd qırmızı qızılgül — böyük sevgi, ehtirasın rəmzidir.
  • Çəhrayı qızılgül — zəriflik, sevgi rəmzidir.
  • Ağ qızılgül — bu təvazökarlıq və hörmət rəmzidir.
  • Yasəmən – ilk sevginin rəmzidir.
  • Qırmızı tülpanlar — sevgi etirafını ifadə edir.
  • Xrizantem gülü — dostluğun simvoludur.
  • Ağ xrizantem — səmimiyyət, dürüstlük rəmzidir.

Əziz dostlar hədiyyə seçərkən əsas səmimi hissləri üstün tutmaq və bu işə maksimum sevgi ilə yaxınlaşmaq lazımdır.

Şərh yaz