Günəş şüalarının zərərli təsirindən necə qorunaq?

loading...

Yay fəslində bir çox xəstəliklər, o cümlədən dəri xəstəlikləri aktivləşir. Belə ki, havanın istiləşməsi dəri xəstəliklərinin artmasına yol açır.

Günəşdə qaralmanın orqanizmə xeyri olsa da, günəş şüalarının ifrat dərəcədə qəbulu olduqca ziyandır. Bu səbəbdən də günəşdə qaralmanı sevənlər bütün qoruyucu tədbirlərə fikir verməlidirlər.

Günəşin zərərli şüalarından qorunmaq üçün möhkəm toxunmuş, açıq rəngli geyimlər geymək, geniş kənarları olan papaqlar və gün eynəklərindən istifadə etmək lazımdır.

Kölgədə qalmaq, günəşin zərərli təsirlərindən tam qorunmaq demək deyil, qum və dəniz günəş şüalarını əks etdirdiyi üçün günəş şüalarından qorunmaq üçün ağ rəngli geyimlərə üstünlük verilməlidir.

Saat 11.00-15.00 arası dəniz kənarına getmək, günəş şüaları altında olmaq məsləhət görülmür. Yay aylaında hamının, əsasən də açıq rəngli dərisi olan insanların günəşdən qoruyucu kremlərdən istifadəsi çox önəmlidir.

Günəşdən qoruyucu kremlər seçərkən də diqqətli olmaq lazımdır: Günəşdən qoruyucu kremlər ultrabənövşəyi şüaları soraraq paylama yolu ilə dəriyə yönləndirir. Günəşdən qoruyucu kremlərin fəaliyyətini qoruma faktoru müəyyən edir. Qoruma faktoru krem istifadə edilmiş bölgədə əmələ gələn qızartı və krem istifadə edilməmiş bölgədə əmələ gəlmiş qızartı nisbəti ilə müqayisə edilir. Yay aylarında qoruma kremlərindən mütləq istifadə etmək lazımdır.

Günəş şüaları altında çox qalma nəticəsində dəridə ağrılı, qırmızı dəri yanığı əmələ gəlir. Möhkəm bir yanıq gələcəkdə dəri xərçənginin yaranmasına səbəb ola bilər.

Bu və digər səbəblərdən yay fəslində günəş şüalarının zərərli təsirlərini nəzərə almaq və mümkün olduğu qədər yuxarıda qeyd olunan mühafizə tədbirlərindən faydalanmaq lazımdır.

Şərh yaz