Hadisə həbs oluna bilər

loading...

Məşhur müğənni, Türkiyənin pop janrında ifa edən sənətçilərindən biri Hadisəni məhkəməyə veriblər. Buna səbəb konsert təşkilatçılarının ondan narazılığı olub.

Belə ki, konsert zamanı Hadisə tamaşaçıları və təşkilatçını aldadaraq, saat yarımlıq konserti 2 mahnı ilə yola verib və heç bir səbəbsiz səhnəni tərk edib.

Konsert təşkilatçısı səbəbi öyrənmək istədikdə isə onun prodüseri bir çox bəhanələr gətirərək vəziyyətdən çıxmağa çalışıb.Elə buna görə də konsertin təşkilatçısı Hadisəni məhkəməyə verərək ondan təzminat tələb edir.

Əgər məhkəmə təzminatı ödəməklə bağlı qərar çıxarsa və Hadisə bundan imtina etsə, müğənnini hətta həbs cəzası gözləyir.

Şərh yaz