Hamilə xanımlar hansı sudan və nə qədər içməlidirlər?

loading...

Məlum olduğu kimi su, insan həyatının ayrılmaz hissəsidir, insanların xüsusəndə hamilə xanımların sağlamlığı üçün vacibdir. Unutmayaq ki, dölə döl ətrafı suyun içində inkişaf edir.

Ən əsası ev filtrlərindən keçirilmiş sulardan hamilə xanımlar istifadə etməsin. Sizin filtr nə qədər bahalı bir markadan olsa da, onun gücü sudakı toksinləri tamamilə məhv eləməyə çatmır. Ümumiyyətlə krandan gələn sudan hamilə xanımlar istifadə etməməsə daha məsləhətlidir.

Hamilə xanımın və dölünün orqanizmindəki maddə mübadiləsi olduqca sürətli gedir. Bu proses susuz mümkün deyil. Norma olaraq gündə 8 stəkan su içilməlidir. Lakin hamiləliyin ilk aylarındakı toksikoz zamanı, temperatur olan zaman, havanın isti keçməsi zamanında istifadə olunan su normasının həcmi artırılmalıdır. Gec baş verən toksikoz, böyrək xəstəlikləri zamanı və şişmələr istisna haldı, bu zaman həkimin verəcəyi su rejiminə uyğun su içmək lazımdır.

Su çatışmamazlığı ağır nəticələrə gətirib, çıxarda bilər. Beləki dəriniz quruyur, aylar keçdikcə bədəninizdə qırışlar əmələ gəlir, dərinizin elastikliyi itir, immunitet aşağı düşür. İmmunitetin aşağı olması infeksiyalara həssaslığı artırır və sair.

Su çatışmamazlığı zamanı qanınız qatılaşır, trombların əmələ gəlməsi ehtimalı var, böyrəklərdə daşlar əmələ gələ bilir.

Suyun qəbulu sizin həyat tərzinizdən fərqli olaraq dəyişir. 50 kq olan passiv hamilə xanımlar gündə 1.55 lt, orta passiv olan xanımlar 2 lt, aktiv xanımlar 2.3 lt su içməlidirlər.

Mineral su seçilən zaman onun müalicəvi yox, məhz nahar üçün nəzərdə tutulmuş növlərindən istifadə olunması məsləhət bilinir. Bu sularda mineral duzlar az olsa da, onların tərkibində xlor, ağır metallar və sair zərərli maddələr yoxdur. Bu sular təbii yeraltından çıxan sulardır, bunların faydası əlbəttə danılmazdır.

Müasir həyatda oksigen çatışmamazlığı vardır. Yaxşı ki, orqanizm bu oksigeni maddələr mübadiləsindən də ala bilir. Bunu üçün oksigenləşdirilmiş mineral sular istifadə etməniz məsləhətdir.

Bu sular tonusu yüksəldir, toksikozun qarşısını alır, immuniteti aktivləşdirir. Arterial təzyiqi stabilləşdirir, ürəyə xeyirlidir. Qandakı şəkərin miqdarını azaldır, artıq çəkidən azad edir, daxili sağlamlığı və dərinin gözəlliyini təmin edir.

Unutmayın ki, su həyat mənbəyidir.

Şərh yaz