Hamiləlik dövründə yüksək təzyiq

loading...

Hamiləlik dövrü – xanım orqanizminin hər bir sistem və orqanının yüksək tempdə işləməsi dövrüdür.

Hamiləlik dövrü yüksək təzyiq, bu tempi qarşılayacaq xanım gücünün yetərli olmamasından irəli gəlir. Hamiləlik zamanı sizin ürəyiniz iki ürəyin əvəzinə işləyir, qan dövranı iki dəfə artır.

Adi hamiləlik keçirən xanımlarda hipertenziya müşahidə olunmur, bunun əvəzində tez-tez təyiq düşməsi rastlanır. Bu da hormonal dəyişikliklərin nəticəsində baş verir.

Yəni bir faktor təzyiqin artmasına, digərləri onun azalmasına səbəb ola bilir. Məhz bu faktorların uyğunsuzluğu təzyiqin yüksəlməsinə gətirib çıxardır. Xanımlarda təzyiq artımı 140/90 göstəricisindən artıq olanda qeydə alınır. Bu göstərici standart göstərici olduğundan, xanımlara özlərinin adi halda təzyiqlərini bilmələri məslhətdir. Beləki hər bir insan özünə məxsus orqanizminə malikdir.

Əgər hamiləlik vaxtı təzyiq yüksək olursa, mütləq həkimə müraciət etmək lazımdır. Hamiləliyin yarımçıq başa vurmaq ehtimalı ola bilər. Həmçinin belə narahtlığı olan xanımların həkimi, hamiləliyin dayandırılmasının vacibliyini də yaza bilər. Bu əksər hallarda, xanımın ölüm ehtimalı olanda edilir.

20 həftəlik hamiləlik zamanı yüksək təzyiq, həmçinin ayaqların şişməsi, sidik ilə zülalın gəlməsi, akuşer-qinekoloq tərəfindən ciddi nəzarət tələb edir. Bu halın uzun müddət baxımsız qalması, hamiləliyin pisləşməsinə yol verə bilər. Preeklampsiya xəstəliyi yarana bilər. Yuxarda qeyd etdiklərimizə əlavə olaraq başağrısı, başdönməsi, psixoloji halın gərginləşməsi, görmə qabiliyyətinin pisləşməsidə, preeklampsiya xəstəliyi zaman, əlavə olunur.

Preeklampsiya nəinki hamiləlik üçün, həmçinin xanımın özü üçündə ölümcür ola bilər.

Yüksək təzyiq niyə belə təhlükəlidir?

İş ondadır ki, yüksək təzyiq qan damarlarının, həmçinin uşaqlıq pərdəsinin damarlarının spazmasına səbəb olur. Bunun nəticəsində uşaq kifayət qədər oksigen almadığı üçün, onun inkişafı lənqiyir, anadangəlmə qüsurların olması ehtimalı var, müxtəlif nevroloji xəstəliklərə səbəb ola bilir.

Təzyiqin vaxtında yüksək olmasını müəyyən etmək üçün, xanımların hər dəfə qinekoloq həkimin yanına gedəndə, təzyiqi ölçülür, çəki müəyyən olunur (bəzən şişmələr gizlidə ola bilər), sidikdə zülalın həcmi müəyyən olunur.

Müalicə ilk mərhələlərdə dərmansız aparılır: pəhriz, içki rejimi, fizioprosedurlar. Nəticə əldə olunmadıqda, xanımları xəstəxanaya yerləşdirirlər. Orada onlar daimi terapiyalar keçir, nəzarət altında olurlar.

Şərh yaz