Hamiləlikdə miqren

loading...

Miqren – baş ağrısı ilə xarakterizə edilən xroniki nevroloji xəstəlikdir.

Miqren zamanı baş ağrısı ürəkbulanma (90%), qusma (30%), işığa və səsə həssaslıq ilə müşayət olunur.

Hamiləlik zamanı miqren ilk 3 ayda narahat edir. Çox zaman hamiləlik miqrenə müsbət təsir göstərir, miqrenin simptomları azalır və ya ümumiyyətlə yox olur.

Hamiləlik zamanı baş ağrılarının səbəbi miqren yox, qestoz ola bilər. Buna görə həkim müayinəsindən keçmək vacibdir.

Miqreni gücləndirən səbəblər:

  1. Stres
  2. Yorğunluq
  3. Aclıq
  4. Havanın dəyişməsi
  5. Hormonal dəyişikliklər
  6. Tütün qoxusu
  7. Yeyinti məhsulları:

Şokolad, kofe, konservant məhsullar, şəkər əvəzləyicisi, bəzi meyvələr (banan, sitrus, avokado)

Miqrenin qarşısını almaq üçün orqanizminizi susuz qoymayın, daima maye için. Az-az, tez-tez yeyin. Soyuq duş qəbul etmək və ya soyuq su ilə yuyunmaq faydalıdır. Soyuq damarların tonusunu artırır. Qaranlıq, havalandırılmış, sakit otaqda uzanın.Boyun, baş nahiyyəsini masaj elətdirirn.

Əsasən 5 nöqtəni masaj edirlər: Hər nöqtəni 10 dəfə 10 saniyə masaj edirlər:

  1. Onurğa sütununun başa birlədiyii hissə
  2. Alnın ortasında olan nöqtə, qaşların arası
  3. Gicgah nöqtələri
  4. Əldə baş barmaqla işarət barmağının arasında olan nöqtə
  5. Ayaqda birinci və ikinci  barmağın birləşdiyi nöqtə

Hamiləlik zamanı miqren tutduqda yalnız parasetamol dərmanından istifadə edə bilərsiniz. Digər dərman vasitələrini qəbul etmədən öncə həkimlə məsləhətləşin.

loading...
Şərh yaz