Hamiləlikdə qrip erkən doğuma səbəb ola bilər

loading...

Hamiləlikdə qripdən qorunmaq daha əhəmiyyətlidir.

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi qrip virusunun immunitet sisteminin digər kəslərə görə daha zəif olan hamilə qadınlara asanlıqla bulaşdığına və daha ağır keçirdiylərinə diqqət çəkərək, xüsusilə hamiləliyin son 3 ayında olan ana namizədlərini erkən doğum riskinə qarşı xəbərdar etdi.

Şərhə görə, hər il dünya əhalisinin yüzdə 10-20inin xəstələnməsinə səbəb olan bir viral üst tənəffüs yolu infeksiyası olan qrip virusu (Influenza A, B, C) əsas olaraq tənəffüs yoluyla keçir və qış dövründə xüsusilə hamilələrdə ən sıx görülən infeksiya faktoru olur. Hamilələr isə qripə tutulma mövzusunda daha çox risk altında olurlar.

Son 3 ay daha təhlükəlidir

Hamiləliyin xüsusilə son 3 ayında yüksək olan infeksiyaların, erkən doğuma, su kisəsinin erkən açılmasına səbəb ola bilər. Çünki yüksək hərarət, lökositoz və öskürməklə birlikdə qarın içi təzyiqin artması kimi vəziyyətlərdə rəhm sıxılmaları başlaya bilər və su kisəsi zəif bir nöqtədən açıla bilər. Bu da erkən dövrdə doğumu səbəb olur. Bu səbəbdən ana namizədlərinin qripdən qorunmaları çox əhəmiyyətlidir .

Hamiləlikdə ən təsirli tədbirlərdən biri peyvənddir

Doğum mütəxəssisi hamiləlikdə qripdən qorunmaq üçün ən təsirli tədbirlərdən birinin peyvənd edilmək olduğunu ifadə edərək, qrip peyvəndinin, canlı virus ehtiva etməyən, hamiləlikdə və əmizdirmə dövründə istifadə edilə bilən etibarlı bir peyvənd olduğunu bildirdi.

Peyvənd sonrası anada inkişaf edən anticisimlər bir miqdar körpəyə də keçərək həyatın ilk aylarında onu də qripə qarşı qoruyur. Qrip mövsümü əsasən noyabr- dekabr aylarını əhatə edir. Qripdən qorunmaq üçün alına biləcək digər tədbirlər isə epidemiya dövründə bağlı yerlərdə uzun müddət qalmamaq, maska istifadə etmək, əlləri tez-tez yumaq və gigiyenaya riayət etmək lazımdır.

Bu müddətdə diqqət yetirilməsi lazım olanlar

  • Ən yaxşı və ən təsirli dəstək müalicəsi istirahətdir. Mümkündürsə yataqda bir neçə gün istirahət edin.
  • Yatarkən başınızın yuxarıda olmasına diqqət edin. Bunun üçün 2 və ya daha çox yastıq istifadə edin. Başınızın yuxarıda olması genik axıntısının verəcəyi narahatlığı azaldacaq.
  • Olduğunuz mühitin kifayət qədər isti və yaxşı havalandırılmış olmasına diqqət yetirin.
  • Havanın nəmli olmasını təmin edin.
  • Gündə ən az 10 stəkan, su və meyvə suyundan ibarət olan maye qəbul edin.
  • Qızdırma salıcı dərmanlardan faydalana bilərsiniz.
  • Burun tutulması üçün duzlu su ya da okean suyundan faydalana bilərsiniz.
Şərh yaz