Hamiləlikdə və daha sonra cildə və bədənə qulluq

Hamilə
loading...

Hamilələrdə ən çox rastlanan problemlərə dəridə ləkələrin, çəkinin artması ilə əlaqədar bədəndə çatların, ayaq damarlarında genişlənmənin əmələ gəlməsi aiddir.

Hamiləlik dönəmində qadının orqanizmində bir çox dəyişikliklər baş verir. Qan dövranı sürətləndiyi üçün  üz dərisində qırmızı ləkələr əmələ gələ bilər. Hamiləliyin 8-9 həftəsində güclü hormonal dəyişikliklərə görə üz dərisində səpki və sızanaqların da olması normal haldır.

Bu dönəmdə qadınların istər istəməz çəkiləri artır. Qadınlara əsas məsləhət odur ki, pəhrizlərinə fikir versinlər və gün ərzində piyada gəzməyi unutmasınlar. Gəzinti bədəndə artıq çəkinin, bu isə öz növbəsində bədən dərisində çatların əmələ gəlməsinin qarşısını alacaqdır.

Çatların artıq şəkildə yaranmasına qenetik bənzərliyin də rolu var. Çünki hamiləlik dönəmində az çəki ilə də dərisində çat əmələ gələn qadınlar va.

Məsləhətlər:

  • Bol maye qəbul edin
  • Yuxunuza fikir verin
  • Mütəmadi olaraq təmiz havada gəzin
  • Duş qəbul edərkən ayaqlarınıza peeling edin
  • Hər gün qarın nahiyyənizə nəmləndirici kremlər sürtün.

 

loading...
Şərh yaz