Hamiləliyə hazırlıq

loading...

Sizin bədəniniz gələcək körpənizin 9 ay evi olacaq. Ona görə də bu ev öz qonağını qarşılamağa hər zaman hazır olmalıdır. Bunun üçün bədəndə bir çox təmizlənmə və möhkəmləndirmə işləri aparmaq lazımdır.

Qadınlar ilk olaraq hamiləliyə hazırlaşmaq üçün bir sıra analizlər verməlidirlər. Çünki, bir çox xəstəliklər insanda gizli baş verir və bu da qadını hamilə olmaqdan məhrum edə bilər. Hamiləliyə hazırlaşan qadın ginekoloqun, okulistin, genetikin, terapevtin, infeksionistin, endokrinoloqun, immunoloqun və hətta allerqoloqun yanına baş çəkməlidir. Əgər qadında heç bir xroniki və başqa xəstəliklər yoxdursa o, terapevt, ginekoloq və stomatoloqun yanına getməklə kifayətlənə bilər.

Terapevt sizdə gedən və ya gedə biləcək xəsətliklərə aydınlıq gətirməlidir. Qadının qəbul etdiyi dərmanları bətnində olacaq körpəyə zərər toxundurmayan dərmanlarla əvəz etməlidir. Ginekoloq qadında olan ginekoloji orqanları müayinədən keçirməlidir. Qanın da analiz verib hər hansı infesiyanın olub-olmadığını öyrənməlidir. Əgər həkim qadında hər hansısa xəstəliklərə rast gəlsə onu müalicə etməlidir. Ginekoloji orqanlarda xəstəlik sağalana qədər uşaq dünyaya gətirməkdən bir müddət imtina etmək lazımdır. Stomatoloqlar bildirirlər ki, qadının bətnində dölün rüşeymi əmələ gələnə qədər bütün dişləri müalicə etdirmək gərəkdir. Çünki, hamiləlik dövründə orqanizmdə kalsiumun səviyyəsi yığılaraq artıb özünü dişlərdə müxtəlif formada əks etdirir.

Bu zaman dişlərdə müəyyən xəstəliklər əmələ gələr və hamiləliyə pis təsir göstərər. Bu problemlər adətən bətndəki uşağın beyin və sinir sistemi formalaşmağa başladığı bir dövrdə yaranır. Bu isə körpənin formalaşmasının ən vacib mərhələsidir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hamiləlik dövründə sağlam dişləri olan qadınlar tamamilə sağlam uşaqlar dünyaya gətiriblər. Tədqiqatlar nəticəsində bu prosesin əksini də müşahidə ediblər. Xəstə dişlərdə müxtəlif tip mikroblar saxlanılır. Bu mikroblar doğuşdan sonra ana südü ilə körpəyə keçib körpədə disbakterioz yaradır. Buna görə də qadınlar hamiləlikdən əvvəl və hamiləlik dövründə dişlərini mütləq müalicə etdirməlidir.

Qadınlar özlərini normal hiss etdikdə bu üç həkimə müraciət etməlidir. Amma qadında başqa xəsətliklər də ola bilər. O zaman o, xəstəliyi müayinə edə biləcək mütəxəssisə müraciət etməlidir. Məsələn, bəzi xanımlarda zəifgörmə problemi var. Belə xanımlar okulistə müraciət etməkdən çəkinməməlidir. Sinir sistemi ilə bağlı problemləri olanlar isə nevroloqlara müraciət etməlidirlər. Orqanizmdə bəzi xəstəliklər baş qaldıra bilər ki, müəyyən müalicələrdən sonra xəstəlik tədricən zəifləyər və hətta itə bilər.

Amma hamiləlik dövründə yenidən həmin xəstəlik baş qaldıra bilər. Belə xanımlar profilaktik tədbirlər görməli, orqanizmin immunitetini qaldırmalıdır. Qanda olan infeksiyalar hamiləlikdə vaxtından əvvəl doğuşa və açılışlara səbəb ola bilər. Buna görə də immunitetin qaldırılması vacib məsələlərdən biridir.

Xəstəliklərdən söhbət açdıqda irsən keçən xəstəlikləri də yaddan çıxmamalıdır. Irsən keçən xəstəliklər ən çox yaxın qohumları nikahından əmələ gələn uşaqlarda hiss olunur.

Hamilə olmağa hazırlaşan qadınlar düzgün qidalanmalı və sağlam həyat tərzi keçirməlidir. Siqaret və spirtli içkilərdən uzaq olmalıdır.

Beləliklə, bütün həkimlərdən keçib artıq sağlam olduğuna əmin olan qadın stress və problemlərdən də uzaq olmalıdır. Bu zaman qadın ana olmaq arzusuna çata bilər.

loading...