Hansı saça nə yaxşı təsir edir

loading...

Daha sağlam saçlarınız olsun istəyirsinizsə bu təkliflərə mütləq qulaq asın. saçlarınızın tipinə görə tətbiq etməyiniz lazım olan üsullar…

Quru saçlar üçün…

Yarım çay fincanı hindyağını isti etdikdən sonra baş dərinizi ovaraq saçınızın yağı əmməsini təmin edin. Yavaş-yavaş darayacağınız saçlarınızı qaynar suya batırıb sıxdığınız dəsmalla sarın. Bu əməliyyatı etdikdən sonra yarım saata qədər gözləyib şampunla yuyun. Bu müalicə, çox incə, tez qırılan, quru saçlara yaxşı təsir edir.

Zeytunyağı və bal müalicəsi

Yarım çay fincanı yaşıl zeytun yağıyla bir çay fincan süzmə balı qarışdırın. Bu mayeni yaxşıca yelləyib çalxalayın və bir neçə gün saxlayın. Daha sonra bu qarışığı baş dərisinizə ovaraq və darayaraq yedirin. Ancaq bu əməliyyatı edərkən darağın dişlərinin baş dərinizə batmamasına diqqət edin. Başınıza bir neylon torba keçirərək, başın istiliyini mühafizə etməyi təmin edin. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra, saçlarınızı bol suyla durulayın. Bu əməliyyat, tünd rəng saçların işıltılı bir hal alıb parlamasını təmin edər.

Zülal müalicəsi

Yumurta ilə ediləcək zülal müalicəsi az qala hər növ saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş-yavaş bir şorba qaşığı zeytunyağı, bir şorba qaşığı qliserin, bir şorba qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampunla yuduqdan sonra saçlarınıza bu qarışığı sürüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca duruladıqdan sonra saçlarınızın çox qısa müddətdə canlandığını fərq edəcəksiniz.

Kakao yağı müalicəsi

Tünd rəng saçı olan kəslər tətbiq edə biləcəyi başqa bir baxım üsulu. İçində su qaynayan geniş bir qazanın içinə daha kiçik bir qabı oturdun. Yarım çay fincanı günəbaxan yağını, 1 şorba qaşığı kakao yağını, 1 şorba qaşığı susuz lanolini bu ikinci qabın içində əridin. Bütün bu yağlayar əriyincə, qabı qaynar suyun içindən alın və qarışığı yaxşıca çırpın. Bu qarışıqdan 1 şorba qaşığı qədərini götürərək buna 1 şorba qaşığı su qatın, yaxşıca qarışdırın. Bu mayeni ovaraq başınıza sürtün və bu vəziyyətdə 15 dəqiqə ilə yarım saat arasında gözləyin. Ardından saçınızı yuyub durulayın. Bu müalicə tünd rəng saçlara yeni bir canlılıq və parlaqlıq verər.

loading...
Şərh yaz