Həm ucuz, həm təbii

loading...

Gül suyunu təbii şəkildə hazırlanmış tonik kimi istifadə edə bilərsiniz.

Təbiiliyilə hər zaman seçilən gül suyu hələ lap qədimlərdən qadınların üzləri üçün istifadə etdiyi ən praktik tonikdir.

Qoxusu və keyfiyyətli təsiri ilə seçilən gül suyu dəri təmizləmə işlərində xüsusilə seçilir. Makiyaj təmizləyərkən yaxud da sadəcə gün ərzində dərini bu vasitə ilə silməklə təmiz və qüsursuz bir dəriyə sahib ola bilərsiniz. Təbii tonik dərinin eyni zamanda nəmliliyə olan ehtiyacını da ödəyir. Əgər belə olmasaydı, keçmişdən bu yana xanımlar bu vasitəni seçməzdilər.

Tərkibində boya və kimyəvi maddələrin olmadığı gül suyunu asanlıqla və ucuz qiymətə tapmaq olar.

loading...
SHARE
Şərh yaz