Həsən paşa küftəsi

Həsən paşa küftəsi
loading...

Həsən Paşa küftəsi -sürpriz qonaqlarınıza bişirə biləcəyiniz ən operativ yemək tərifidir. Zəngin görünüşü süfrənizi bəzəyəcək, ləzzətindən isə hər kəs məmnun qalacaq.

4 nəfərlik Bişirmə müddəti 20-25 dəqiqə

İçindəkilər:

  • 500 qr qiymə (2 dəfə çəkilmiş)
  • 2 dilim bayat çörək içi
  • 1 soğan
  • 2 yumurta
  • 3-4 kartof
  • 3 şorba qaşığı duru yağ
  • 2 şorba qaşığı süd
  • Duz
  • Qara bibər

Hazırlanması:

Çörək içini isladıb sıxın və ovun. Soğanı sürtkəcdən keçirin. Qiymənı bir qaba alıb çörək içi, soğan, 2 yumurta, duz, qara bibər əlavə edərək yaxşıca yoğurun.

Hazırladığınız küftə xəmirindən yumurta böyüklüyündə parçalar ayırıb yuvarlayın. Astaca üzərinə basaraq yastılaşdırıb, ortasında çuxur açın. Fırın sinisini 1 qaşıq yağla yağlayın. Küftələri yağlanmış siniyə düzüb üzərlərinə 2 yemək qaşığı duru yağ gəzdirin.

Öncədən isidilmiş 190 dərəcəlik fırında 20-25 dəqiqə bişirin. Kartofları qaynadıb qabığını soyun. Çəngəllə əzərək püre halına gətirin. Süd və duz əlavə edib yaxşıca qarışdırın.

loading...
Şərh yaz