Həyatınızı dəyişmək istəyirsiniz?

loading...

Bir çox qadınlar belə qərara gəlirlər ki, başqa şəhərə köçsünlər, iş yerini və ümumiyyətlə, bütün həyatını dəyişdirsinlər. Amma daim narahatlıqlar onların belə dəyişiklik etməsinə mane törədir. Statistika göstərir ki, 60 faiz insan həyatlarında dəyişiklik etməkdən çəkinirlər. Insanın özünü müdafiə məqamlarında qorxu hissi digər hisslərdən önə çıxır.

Gələcəyi məlum olmayan bir işin ardınca getdikdə risk etmiş oluruq. Bu təbii haldır, biz inkişafa doğru getdikcə. Əgər sizdə dəyişiklik etmək arzusu yaranıbsa ondan vaz keçməyin. Bu daha çox yenilik etmək üçün bir xəbərdarlıqdır. Həyatınızda dəyişiklik etməmişdən qabaq fikirləşin. Sizin yaşadığınız həyat şəraitində nə çatmır və nə sizi qane etmir.

Əgər sizə başqa bir şəhərdə yüksək maaşlı bir iş təklif ediblərsə belə iş təklifini qəbul etməkdən çəkinməyin. Insanlar hər hansı bir yeni işə başlamazdan öncə onun uğursuzluqla nəticələnə biləcəyi halları düşünürlər. Bu da irəliyə doğru getməyə çətinlik törədir. Bir işə başlamazdan öncə insanlar tərəddüd etdikdə onlarda mürgüləyən qorxu hissini oyadırlar. Qorxu həm də insanın səhv yolu seçməyinə də səbəb ola bilir. Insanlar dəyişiklik etməzdən qabaq onlara məxsus olduqlarını itirməkdən qorxurlar.

Insan düşünüb qərara gəldikdən sonra da səhv yolu seçə bilər. Bu normal haldır. Axı, insanlar həyat təcrübəsini belə qazanırlar. Dəyişiklik etməmişdən qabaq özünüz üçün plan qurun, bu planı hətta yaddan çıxarmamaq üçün qeydiyyat dəftərçənizə də yaza bilərsiniz. Özünüzə uyğun yeni imkanlar axtarın ki, uğur qazana biləsiniz. Bu zaman yanılma riski minimuma enəcək. Əgər sən özünü yaxşı tanıyırsansa daxildən gələn səsin sənə düzgün qərar qəbul etməkdə köməklik edəcək.

Xanımlar həyatlarında dəyişiklik etmək istədikdə hər zaman valideynlərinin və ya həyat yoldaşlarının müqavimətinə rast gəlirlər. Çünki valideynlər qızlarının böyüyüb, müstəqil qərarlar qəbul etməyi ilə barışa bilmirlər. Əgər həyatınızı dəyişmək fikrində qətisinizsə və valideynləriniz sizi dəstəkləmirsə onda qarşılaşacağınız çətinliklərə hazır olun.

Dəyişikliyə həyatınızı tamamilə dəyişəcək hadisə kimi deyil, həyat təcrübəsi kimi yanaşmaq lazımdır. Əgər hiss edirsinizsə dəyişiklik etməkdən qorxusunuz onda öz planınızı yaxın bir adamınızla müzakirə edib, doğru qərara gəlin. Həyatınızda nə qədər yenilik olarsa, o qədər də rəngarənglik olar.

Şərh yaz