Heyvanlar bizim dostumuzdur…

loading...

Zooterapiya və ya heyvanlar vasitəsilə müalicənin insan sağlamlığına faydası böyükdür. Hələ qədim zamanlarda insanların heyvanların onlara müsbət təsiri haqqında məlumatı vardır. Qədim Yunanıstanda hesab olunurdu ki, təbabət allahı Asklepiy xəstələrin yanına it görkəmində gəlib yaralarını yalayaraq sağaldır. Qədim Misirdə isə insan sağlamlığına müsbət təsir göstərən pişikləri həm də müqəddəs heyvan hesab edirdilər.

XX əsrin ortalarından isə zooterapiya müstəqil təbabət növü kimi tanınmağa başladı.

Fikir verin ki, siz pişiyə sığal çəkəndə yanınızda olan şəxslə ünsiyyət qurmaq daha asan olur, fikirləriniz düzgün istiqamətdə yönəlməyə başlayır. Fizioloji baxımdan isə əzələlər, həzm prosesi yaxşılaşır, təziq enir, yuxululuq əmələ gəlir.

Bunlar necə baş verir? Bütün heyvanlar bioenerqetiklərdir. Onlar sizin orqanizminizdə olan ağrıya və mənfi enerjiyə çox həssas olurlar. Halınız pis olduqda ağrıyan yerinizə doğru yanaşırlar, fikrinizi yayındırmağa çalışırlar.

Zooterapiyanın növləri:

1. Kanisterapiya

İtlərin vasitəsilə müalicə üsulunun elmi adıdır. İtlər autizm, Daun sindromu, inkişafdan geri qalmış uşaqların müalicəsində çox istifadə olunur. Bu uşaqların itlə ünsiyyət zamanı yaddaşları yaxşılaşır, emosional və əqli cəhətdən inkişafı nəzərdən qaçmır.
İtlər baş ağrısı, bəd xassəli şişdən əziyyət çəkən sahiblərinə müsbət təsir göstərir. Epilepsiya tutması olan xəstələrin halının dəyişməsini 20 dəqiqə öncədən hiss edirlər və xəstənin yıxılanda yerə dəyməməsi üçün özlərini onun altına verirlər.

2. Felioterapiya – pişiklər vasitəsilə müalicəni öyrənən elmdir.

Psixoloji, ürək-damar və beyinlə bağlı xəstəliklərdən əziyyət çəkənlər üçün pişiklə ünsiyyət çox faydalıdır. Pişiklər depresiya, nevroz, maniya, narkotikdən asılılıqdan qurtulmaq üçün əla köməkçidir. Pişiklər bəyəndikləri insana yaxın gedirlər. Pişik miultusu toxumların bərpasına müsbət təsir göstərir və yaralar tez sağalır. İnfarkt, revmatizm, mədə xorası, qastrit, qrip, pnevmaniyanı sağaltmaq üçün pişiklərdən istifadə olunur.

Pişiyin sizə sığındığını hiss etdikdə onu qovmayın, əksinə onun bu hərəkətini səhhətinizə qarşı diqqət yetirmək üçün siqnal kimi qəbul edin.

Şərh yaz