Hind qızlarının gözəllik sirləri

loading...

Gözəllik müsabiqələrində hind qızlarının mütəmadi qələbələri sübut edir ki, onlar özlərinə düzgün qulluq etməyi və təbii cazibədarlığı saxlamağın sirlərini dəqiq bilirlər. Qədim reseptlərin və vasitələrin sayəsində Hindistanın qadınları qüsursuz üz rənginə və çox gözəl saçlara nail olurlar.

Sizə bu xanımların ən maraqlı gözəllik sirlərini təqdim edirik!
  • Niim ağacı. Həmçinin hind yasəməni kimi tanınan bu ağac, hind xanımlarına istənilən yaş dövründə cazibədar qalmağa kömək edir. Onlar bu ağacın həm yağını, həm də ki, yarpaqlarının tozunu istifadə edirlər, çünki bu ağac sehrli xüsusiyyətlərə malikdir. Onu dəriyə sağlam çaların verilməsi, sızanaqların müalicəsi və qara nöqtələrin aradan qaldırması üçün və hətta kəpəyə qarşı vasitə kimi istifadə etmək olar. Niim ağacı dərini nəmləndirir və dəri yağının ifrazını nizama salır.
  • Amla bitkisi. Bu motmutuya oxşar bitki, tərkibində rekord sayda C vitamininin olması sayəsində həmçinin gözəllik sirlərindən biri sayılır. Amla bitkisinin yağı dərinin qocalması əlamətlərinin öhdəsindən gəlməyə kömək edir və saçları bərpa edir. Bu bitkinin həm təzə çəkilmiş şirəsi, həm tozu, həm də ki, yağı saçları qidalandırır və kəpəyi aradan qaldırır.amla
  • Səndəl ağacı. Səndəl ağacının tozu hind kosmetologiyasında illər boyunca istifadə olunurdu. Onu dəriyə sağlam şəfəq verən skrabların və nəmləndirici maskaların hazırlanması üçün istifadə edirlər. Süd, bal və ya badam yağı ilə uyğunluqda səndəl ağacının tozu bədən dərisini nəmləndirir, yumşaldır və qara nöqtələrlə və iltihablarla mübarizə aparır.
  • Sarıkök. Sarıkökü hal-hazırda həm kosmetologiyada, həm də ki, mətbəxdə geniş istifadə edirlər. O sızanaqlarla mübarizədə kömək edir, həmçinin qırışlara qarşı çox gözəl effektə malikdir. Əgər sarıkök tozunu yağ ilə qarışdırsaq, bu zaman dabanların çatlamış dərisi üçün çox gözəl vasitə ala bilərik.
  • Noxud unu. Bu hind qadınları tərəfindən daim istifadə olunan əla aşındırıcı vasitədir. Noxud ununu süd və ya qaymaq ilə qarışdıraraq adi sabunu və ya şampunu əvəz etmək olar. Limon şirəsi ilə uyğunluqda noxud tozunu üz dərisinin yumşaq təmizlənməsi üçün istifadə edirlər.Noxud-unu
  • Qızılgül suyu. Qızılgül suyu sətəlcəmə qarşı efektiv xüsusiyyətlərə malik olduğu üçün dərinin qıcıqlanmasını aradan qaldırır və sızanaqlardan qoruyur. Hind xanımları həmçinin onu göz ətrafında yaranan tünd dairələrin öhdəsindən gəlmək üçün istifadə edirlər. Qızılgül suyunu təbii tonik kimi də istifadə etmək olar.
  • Gil. Tərkibində yüksək miqdarda olan müxtəlif mineralların sayəsində gil dərinin artıq yağlılığı probleminin öhdəsindən gəlməyə kömək edəcək. Onu çox vaxt sızanaqlara qarşı maskalar üçün istifadə edirlər. Bundan başqa gil həmçinin kəpəkdən qurtulmağa da kömək edir.gil
  • Qatıq. Laxtalanmış süd hind mətbəxində və kosmetologiyasında çox məşhurdur. Üz üçün maskaların tərkibinə daxil olaraq qatıq dərinin natamamlıqlarını aradan qaldırır. Saçlar üçün istifadə zamanı isə o quru saçları nəmləndirir. Tərkibində yüksək miqdarda sinkin sayəsində o günəş yanıqlarına qarşı çox gözəl vasitə hesab edilir.
  • Zəfəran. Bu bitki antioksidləşdiricilər və kaliumla zəngindir ki, məhz zəfəran tozu hind qızlarının dərisini parlaq edir. Ənənəvi olaraq onu səndəl ağacının tozu və sarıkök ilə birgə üz dərisinin rənginin açılması üçün istifadə edirlər. Zəfəran sızanaqlardan, dərinin qıcıqlanmasından və quruluğundan qurtulmağa kömək edir.
loading...
Şərh yaz