Hind yağı ilə saçların uzadılması və gücləndirilməsi

Saç uzatmaq
loading...

Əvvəlki mövzularımızda Hind yağının saçlarınızı gücləndirməsində və uzanmasını təmin etməsində nə qədər təsirli olduğunu yazmışdıq. İndi isə xarici bir saytdan götürdüyüm və xüsusilə qərbdə olduqca populyar olan bu maskanı tərcümə edib sizlərə təqdim edirik.

Lazım olan vəsaitlər

  • 1 çay qaşığı Sirkə
  • 1 çay qaşığı- Qliserin
  • 1 yumurta
  • 2 şorba qaşığı Hind yağı
  • bone

Tətbiqi

Kiçik bir qaba qliserin yağını və sirkəni tökərək qarışdırın. Hamar olana qədər qarışarılmalı ardından yumurtanı əlavə edin və təkrar qarışdırın, son olaraq hind yağını əlavə edin və hamar olana kimi təkrar qarışdırın.

Daha sonra bu qarışığı barmaq uclarınız ilə götürüb saç diblərinizə masaj edərək çəkin. Saçınızın hər nöqtəsinə sürdüyünüzə əmin olun. Daha sonra saçlarınızı bir toppuz halına gətirib yığın. Saçınıza bone geyinin və ardından isti bir dəsmal ilə başınızı sarın, 2 saat gözlədin.

Bu gözlətmə qarışığın daha təsirli olması saç diblərinin və köklərinə yayılması üçün əhəmiyyətlidir. Daha sonra şampun və saç kremi ilə saçlarınızı yuya bilərsiniz.

loading...
Şərh yaz