Hormonların qadın davranışına təsiri

loading...

Qadınlar zərif və eyni zamanda şıltaqdırlar. Onlar 3 dəfə daha çox depressiyaya düşürlər. Burada isə onların günahı yoxdur! Sadəcə qadın orqanizmi hormonların təsirinə tabe edilmişdi.

Hormonlar – orqanizmimizin xüsusi endokrin vəzilərinin istehsal etdiyi kimyəvi maddələrdir. Bu hormonlar müxtəlif miqdarda istehsal edilir və hormonal fon yaradaraq orqanizmin işinə müxtəlif cür təsir edir. Hormonal fon demək olar ki, bizim bütün həyat funksiyalarımıza təsir edir ki, məhz o bizim davranışımızı idarə edir və əhval-ruhiyyəmizi dəyişir, bizi enerji ilə təmin edir və ya əksinə, gücümüzdən məhrum edir, sakitləşdirir və ya özündən çıxarır.

Melatonin

Onu beyində yerləşən xüsusi vəzi – epifiz istehsal edir. Bu hormonun əsas işi yuxunun tənzimləməsidir. Lakin o mövsümi depressiyanın səbəbi də ola bilər. Bu səbəbdən xüsusilə də payız və qış aylarında tez-tez təmiz havada gəzintilərə çıxın ki, həyat sevincini və optimizmi bərpa edəsiniz.

Adrenalin

Bu hormonları böyrəküstü vəzilər istehsal edir. Onların əsas “hədəfi” maddələr mübadiləsi proseslərinin dəstəyidir. Lakin adrenalin yuxusuzluğa səbəb olan maddələrdən biridir.

Əksər hallarda yuxu problemlərinin səbəbi daimi stress olur. Həyəcan vaxtı bizim orqanizmimiz adrenalin istehsal edir və onun yaratdığı effekt bizi yatmağa qoymur. Lakin yuxusuzluğa adrenalindən başqa bir çox hormonlar da səbəb olur. Buna görə çalışın boş-boş şeylərə görə narahat olmayasınız. Yatmazdan əvvəl kədərli şeylər haqqında düşünməyin və çalışın hər gün eyni vaxtda yatasınız.

Estrogen və Proqesteron

Bu hormonları yumurtalıqlar istehsal edir. Hormonların əsas “hədəfi” zərif hərəkətlər, yumşaq xarakter, qadın bədən formaları, parlaq saçlar və qığılcım saçan baxışlardır. Bir sözlə qadınları məhz bu hormonlar qadın edir. Lakin onların mənfi cəhəti menstruasiya qabağı sindromun inkişafıdır.

Buna baxmayaraq proqesteron hamiləliyin əsas qoruyucu maddəsidir. O uşaqlığın divarlarını yaradan hamar əzələləri zəiflədir ki, onlar vaxtından əvvəl doğuşa səbəb olmasınlar.

Triyodtironin və Tiroksin

Bu hormonları qalxanvari vəzi istehsal edir. Hormonun əsas “hədəfi” bütün orqanlarda və toxumalarda maddələr mübadiləsi proseslərinin dəstəyidir. Lakin buna baxmayaraq bu hormonlar bir sıra problemlər yaradır: yuxu pozulmaları, qarşısıalınmaz acgözlük, çəkinin itməsi, depressiya və s.

Qalxanvarı vəzinin işində nasazlıqlara daha çox qadınlarda rast gəlinir. Belə bir fikir var ki, bunun səbəbi hamiləlik və doğuş vaxtı yaranan qlobal hormonal dəyişikliklər və ya güclü emosional yüklənmələrdir (ruhi sarsıntılar, cəzalar, stress).

Şərh yaz