İdeal çəkinizi hesablayın

loading...

Artıq çəki, arıqlamaq, ideal çəkinin sabit saxlanılması və. s bu qəbildən olan suallar hər kəsin, xüsusən də xanımlarımızın daim maraq dairəsindədir. Lakin artıq çəki ilə mübarizə aparmaqdan öncə bu çəkinin müəyyənləşdirilməsi şərtdir.

Əsl ideal çəkisini saxlamağa cəhd edən şəxslərin və onların həkimlərinin işini yüngülləşdirmək məqsədilə hələ XIX əsrdə yaşamış Belçika sosioloq və statisti Adolf Kyutl bədənin kütlə indeksi(BKİ) kimi adlanan sadə hesablama düsturunu hazırlamışdı. Ondan indi də təbabət və idmanda daim istifadə edirlər. Bədən çəki indeksi (BÇİ) — insanın bədən çəkisinin onun boyuna müvafiq olmasını qiymətləndirən göstəricidir. Bu göstərici insanda çəkinin çatmamazlığını, normal olmasını və ya artıq olmasını (piylənmə) göstərir.

Mütəxəssislər deyir ki, boya görə çəkinin 5-10 kilo artıq olmasından qorxmaq lazım deyil, bu anormallıq olmaq sayılmır. Az öncə qeyd etdiyimiz kimi, boyunuzdan 100 və ya 110 (yaşınıza görə) çıxırsınız, yerdə qalan rəqəm sizin ideal çəkinizdir. Əgər boyunuz 160 sm-sə, deməli sizin üçün ideal çəki 60-62 kq-dır. Amma siz 65-70 kq da ola bilərsiniz və bu faciə deyil. İndi sağlamlıq kitabları, dietoloqlar, gözəllik saytları arıq olmağı nə qədər tərifləsələr də, müşahidə edərkən görürük ki, bu materialların müəlliflərinin öz çəkiləri çoxumuzun arzuladığı “norma”dan artıqdır.

Bəs nisbətən çox çəkili olmanın üstünlükləri nədir? Çəkiniz sizi soyuqdan qoruyur. Stressdən və fikirdən qoruyur (arıq insanların daha çox stress keçirdikləri məlumdur), sizi olduğunuzda da güclü göstərir. Bəzi estetik qüsurlarınızı gizlədir, məsələn burnunuz böyükdürsə, artıq çəkiniz olsa hiss edilməyəcək, yaşınızdan daha böyük görünə bilərsiniz, xəstəliklərdən qoruna, daha sağlam ola bilərsiniz. Bütün bu sadaladıqlarımız normal çəkidən 5-10 kq kök olduğunuz halda mümkündür, olduqca çox kökəlmək yeni bir xəstəliyin başlanğıcıdır ki, bu zaman mütləq diyetoloqa müraciət etmək və pəhriz saxlamaq lazımdır.

Şərh yaz