İdeal qadın

loading...

Kişilərin fikrincə ideal qadın necə olmalıdır? Ö özünü necə aparmalıdır? Nə etməlidir? Bu suala cavab tapmağa çalışaraq, kişi jurnallarından biri öz oxucularının arasında sorğu keçirib. Sorğunun nəticəsində məlum olmuş bir neçə faktı sizin diqqətinizə çatdırırıq.

Beləliklə, ideal qadın…
  • Kişiyə yaxşı görünməyə kömək etməlidir.
    Müasir həyat elə qurulub ki, yaxşı kişi yaxşı görünməlidir. Onun obrazı nə qədər yaxşı olarsa, kişi o qədər daha müvəffəqiyyətli olar. Kişilər hesab edir ki, qadınlar dəbi və kosmetikanı anlamalı, kişilərə dəbli, gənc və sağlam görünməyə kömək etməlidirlər. Sən demə kişilər belə qadınları çox yüksək qiymətləndirir.
  • Öz şəxsi həyatını unutmamalıdır.
    Qadın özünü tamamilə ailəsinə yoldaşına, uşaqlarına həsr etdiyi vaxt tezliklə onlar üçün maraqsızlaşır. Beləliklə o kişini bezdirir və öz seksuallığını itirir. Lakin kişilər qadının maraqlı, cazibədar, inkişaf etmiş olması istəyirlər. Buna görə də qadınların da öz şəxsi həyatı olmalıdır. Bu geniş anlayışdır və bura rəfiqələr, qohumlar, fitnes, hobbi, gəzinti və s. aiddir. Yəni bir sözlə qadının başqa insanlarla ünsiyyətdə olduğu və yeni emosiyalar ala biləcəyi yerlər.
  • Seksual olmalıdır.
    Kişilər hesab edir ki, qadınların əksəriyyəti şəhvaniyət, təvazökarlıq və pozğunluq arasında düzgün hədd tapa bilmirlər. Buna görə ya çox bağlı və maraqsız, ya da çox açıq-saçıq geyinib vulqar görünürlər. Kişilər istəyir ki, xanımlar nəzakətli görünsünlər və bu zaman onlar kişilər üçün seksual olacaqlar.
  • Kişiyə təzyiq göstərməməlidir.
    Sorğuda iştirak etmiş kişilərin 90 faizi qadınların onlara daim təzyiq göstərdiyini bildirib. “Təzyiq göstərir” sözünün altında həm nə isə eləmək üçün daimi xatırlatmalar, həm daimi sms və zənglər anlaşılır.

Əlbəttə ki, yalnız bu amillər sizi ideal etməyəcək. Lakin qadınların əksəriyyəti kişilərin bu xırda istəkləri haqqında çox şeyi bilmir. Ən azından bu elementar məsləhətlərə riayət edərək əks cinsin münasibətinin necə dəyişdiyinə özünüz şahid olacaqsınız. Bu zaman həm sizin öz həyat tərziniz, həm də ki, sevdiyiniz insana qarşı münasibətiniz əhəmiyyətli dərəcədə yaxşı tərəfə dəyişiləcək.

loading...
Şərh yaz