İdmanın köməyi ilə emosiyalarınızı idarə edin

loading...

“Həyəcanlanmaq (narahat olmaq)” sözü eyni zamanda ruhi narahatlıq vəziyyətini və fiziki hərəkəti ifadə edir. Belə ki, emosiyalar fiziki təzahürlərə malikdir. Hirslənərək, biz qeyri-ixtiyari olaraq yumruqlarımızı sıxırıq. Qorxudan nəfəsimiz dayanır. Qəm göz yaşlarına səbəb olur. Acılıq və qəm hissi insanı daşa döndərir…

Emosiyalar ürək və nəfəsin ritmini, bədənin temperaturunu, hormonların hazırlanmasını, arterial təzyiqi, əzələ və beyin fəallığını dəyişdirir. Yəni orqanizmə fiziki yüklənmə kimi təsir edir! Buna görə neqativ emosiyalar vaxtı, idman bizə mənəvi tarazlığı qaytara bilər.

Emosiyalar, bir qayda olaraq, ötəridir. Iakin əgər onlar uzun müddət sizi müşayiət edirsə, bu zaman onlar sizin xarakterinizə təsir etməyə başlayır. Qəm, qəzəb, qorxu və aclıq hissi bizim hərəkətlərimizə, həmçinin bizim başqa insanlarla ünsiyyət saxlamağımıza təsir edir. Buna görə emosiyalara çıxış vermək əhəmiyyətlidir.

İdman bizim vəziyyətimizi yaxşılaşdırır, qanda stress hormonunun miqdarını aşağı salır, xoşbəxtlik hormonları endorfinlərin hazırlanmasını stimullaşdırır və bununla mənfi emosiyalara bizim həyatımızı idarə etməyə icazə vermir. İdmanın sayəsində biz hisslərimizi bədənimizin vasitəsilə ifadə edirik. Əsas dərk və inkişaf edərək dəqiq hərəkət etməyi öyrənməkdir.

Özümüzü hərəkət vasitəsilə ifadə edərək, biz emosional həyatımızı dəyişə bilərik. Bunun üçün əvvəlcə hansı emosiyanın xarakterimizə daha güclü təsir etdiyini aydınlaşdırmaq və sonra onun öhdəsindən gələ biləcək idman növünü yoxlamaq lazımdır.

Qəm hissi

Bu hissdən qurtulmaq üçün hərəkət etmək və ünsiyyət qurmaq lazımdır. Komanda üzvlərinin hər birinin məsuliyyət daşıdığı qrup idman növü bu tip insanlar üçün çox faydalı olacaq. Çimərliyin və günəşli havanın verdiyi imkanlardan istifadə edin. Məsələn bütün ailə ilə voleybol oynayın. Bu zaman ümumi məqsəd komandanın daxilində birləşmə hissini yaradır. Musiqi sədaları altında fiziki fəallıqla məşğul olun.

Qəzəb hissi

Bu zaman siz qəzəbi ifadə etməyə imkan verən, amma qəddarlıq güman etməyən fəallıq ilə məşğul ola bilərsiniz. Biz hirsləndikdə döş qəfəsi sıxılır və nəfəs tezləşir. Buna görə nəfəsin idarə edilməsi əsas olan fiziki fəallıq növlərinə üstünlük verin. Daha çox şərq üslubunda aykido kimi təkbətək döyüşlər köməyinizə çatacaq ki, burada döyüşün hədəfi müvəffəqiyyətli hücum deyil, rəqibin hücumundan müdafiədir.

Qorxu hissi

Sizə öz qorxularınız ilə görüşməyə icazə verən və eyni zamanda təhlükəsizlik hissini təmin edən idman təcrübəsi lazımdır. Cəsarəti inkişaf etdirən və mümkün sərhədləri genişləndirməyə imkan verən fiziki fəallıq növləri ilə məşğul olun. Məsələn qayalara dırmaşma: bu zaman vertikal vəziyyətdə aşağıda uçurumu görəcəksiniz, amma kəndirin sizi sığorta etdiyinə əmin olacaqsınız.

Aclıq hissi

Sizə şən kollektiv həzz mənbəyi ola biləcək idman növü lazımdır. Aclıq müxtəlif emosiyaların çalarlarından ibarətdir: haqsızlıq, narazılıq və s. Həyata yenidən maraq hiss etmək üçün, öz zəifliyinizi tanımaq və özünüzə dünyanın gözəlliyinə qatılmağa imkan vermək lazımdır. Belə halda siz təbiətə gəzintilərdə iştirak edə, velosiped gəzintisinə çıxa bilərsiniz. Təbiətdə məşğuliyyətlər enerji ilə yükləyir və bütün hisləri kəskinləşdirir. Siz həmçinin dayvinq ilə də məşğul ola bilərsiniz.