İkinci görüşün uğurlu olsun

loading...

Hər dörd oğlandan üçü əminliklə ilk görüşdən sonra qızla birlikdə olmağı istəyib-istəmədiyini deyə bilər. Olsun, etiraz etmirik. Biz isə qarşı cinsin diqqətini çəkən xırda-para halları araşdırdıq.

Bunu anlamaq olar

  • “İlk görüşdə durmadan gülən qadından daha seksual heç nə ola bilməz”.
    Şamilm.
  • “Mənim xoşuma gəlir ki, qız ilk görüşdə yalnız öpməyə icazə versin. Bu, görüşü daha ehtiraslı və həyəcanlı edir. Mən ona sahib olmaq üçün yenidən görüşə tələsirəm”.
    AZƏR C.
  • “İlk görüşdə heç dadmadığı yeməyi sifariş edirsə, deməli, o, açıqfikirli və müasir insandır. Bunu anlamaq çox asandır”.
    ƏZİZ M.

Allah beləsindən saxlasın

  • “Təsadüfi görüşdə o bizim ofisianta qarşı elə kobud idi… Heç bəyənmədim”.
    TURAL M.
  • “İlk görüşdə qadınların hesabı ödəməyi təklif etməməsi məni qıcıqlandırır. Yalandan da olsa, təklif etmək lazımdır axı. Məndə elə təəssürat oyanır ki, o mənə “pul kisəsi” kimi baxır”.
    DƏYANƏT T.
  • Qadının ilk görüşdə sərxoş olmasından pis heç nə yoxdur. Elə qadından qaçmaq lazımdır”.
    KƏNAN K.

Pişiyin Tək Qalır?

Əvvəlcədən müəyyənləşdirmisən ki, bu axşam dostunun evində gecələyəcəksən. Bilirsən ki, pişiyin öz qeydinə qala bilər. Amma yenə də özünü günahkar hiss edirsən? Mütəxəssislərdən maraqlı məsləhət: köhnə paltarlarından birini onun yanına qoy ki, pişiyin ona bürünüb, ətrini hiss etsin, həm də soyuqlamasın.

Krallara layiq

Soyuq günlərdə isti yataqdan yaxşı yer yoxdur. Biz gözəl mart gecəsini daha da rəngarəng etmək haqqında məsləhətlər almaq üçün Hollivudun qərbində yerləşən Andaz hotelinin meneceri Philip D. Baileyin evinə getdik. Beləliklə, məsləhət belədir: corablarını və döşəküzünü isidicinin üzərinə qoy. Beş dəqiqə ərzində onlar isinəcək, ayağına geyindikdə canın isinəcək.

loading...
Şərh yaz