İlk görüşə hazırsınızmı?

loading...

Nəhayət ki, çoxdan xoşladığınız oğlan səni görüşə dəvət etdi. Bəs bu görüşdə nə etmək lazımdır ki, bu axırıncı görüş olmasın. Xanımlar görüşə gedən də daim fikirləşirlər ki, birdən mən onun xoşuna gəlmərəm. Bu fikir birinci görüşdə xanımlara rahatlıq vermir. Belə həyəcan keçirmək yerinə səhv etməmək barəsində düşünün.

İlk dəfə görüşə gedəndə çalışın gecikməyəsiniz. Baxmayaraq ki, çoxları hesab edir ki, gecikmək xanımlara yaraşan xüsusiyyətlərdən biridir. Birinci  görüş üçün bu hal xoşagəlməzdir. İlk görüşə görə əks cinsin nümayəndələri də çox həyəcanlanırlar. Sizin gecikməyiniz xoşladığınız oğlanda pis hisslər yarada bilər və ilk görüşdə bu səbəbdən siz mehribanlılıq yerinə ondan özünüzə qarşı əsəbilik hiss edə bilərsiniz. Əgər vacib səbəblərdən gecikirsinizsə onun mobil  telefonuna zəng edərək gecikəcəyiniz barədə ona məlumat verin.

Kişilər qadınların  birinci xarici görünüşünə qiymət verir, sonra onun iç dünyasına. Deməli, görüşə gedən zaman geyimə də xüsusi diqqət verilməlidir. Çalışın ki, təbii və bir az da sirli görünəsiniz. Çox ekstravaqant geyimlərə üstünlük verməyin. Görüşə elə paltar seçin ki, görüş zamanı xoşladığınız oğlanın diqqəti yalnız sizin paltarınızda olmasın. Geyim seçərkən sizə rahat olanlara üstünlük verin. Yoxsa görüşdə fikriniz narahat ayaqqabınız, sıx bağlanmış kəməriniz ilə məşğul olmasın. Ətir seçərkən də diqqətli olun. Incə ətirlərdən istifadə edin.

İlk görüşdə hər iki tərəf istəyir ki, bir-biriləri haqqında çox məlumat öyrənsinlər. Lakin özünüzü çərçivədə saxlayın. Xoşladığınız oğlandan onun məvacibi (maaşı), keçmiş məhəbbəti haqqında heç nə soruşmayın. Siz ona öz problemləriniz haqqında danışmayın. Ümumiyyətlə, açıq söhbətlərdən qaçın ki, ona bir az sirli görünəsiniz. Ilk görüşdə sakit durmaq da olmaz. Çünki, xoşladığınız oğlan bilməz ki, sizin ondan həqiqətən də xoşunuz gəlir. Görüş vaxtı yüksəkdən gülməyin, zarafatlar etməyin və ona üstüörtülü söz atmayın. Belə olan halda o sizi ciddi qəbul etməz.

Əgər görüş zamanı o, sizə qəşəng gül dəstəsi bağışlayıbsa, bu onun ürəyiaçıqlığından xəbər verir. Gül dəstəsində olan çobanyastığı, novruzgülü, incigülü onun romantik olduğunu bildirir. Ümumiyyətlə, gül dəstəsində olan bütün gllər onun xarakterindən xəbər verir.

loading...
Şərh yaz