loading...
Hal-hazırda dünyaya gələcək körpənin cinsini UZİ vasitəsilə müəyyən edirlər. Lakin keçmiş zamanlarda nənələrimizin köməyinə bu məsələdə inanclar gəlirdi.
Beləliklə:
- qarnınız yumru və ətraflara yayılmış şəkildədirsə -qız, önə çıxmış konusvari formadadırsa oğlunuz olacaq;
- bədəninizdə intensiv tüklənmə izlənirsə dünyaya gələcək körpə – oğlan, əks halda qızdır;
- hamilə qadın çörəyin quru hissəsini yeməyə meyl göstərirsə – oğlu, yumuşaq yerini yeyirsə – qızı olacaqdır.
- hamiləlik zamanı əllərinizin dərisi quruyur və çatlayırsa – oğlunuz olacaqdır;
- hamilə tez-tez və çox miqdarda qida qəbul edirsə oğlu olacaqdır;
- gələcək ananın dabanları soyuq olursa – oğlu olacaqdır;
- hamiləlikdə şirniyyata meyl edən qadınların qızı, duzlu, turş qidalara meyl edənlərin isə oğlu olacaqdır.
- körpə qara ciyəriniz nahiyəsində daha aktiv hərəkət edirsə qız, sidik kisənizə tərəf təpik atırsa oğlunuz olacaqdır;
- oğlan uşağının ürəyi qıza nisbətən daha intensiv döyünür;
- hamiləliyin ilk mərhələsində qadın üşüyürsə qızı, istilənirsə oğlu olacaqdır.
loading...