İncə olmanın sirri nizamlı yuxudadır

loading...

Nizamlı yatanların nizamsız yatanlardan daha incə olduğu təyin olundu.

Hər gün eyni saatda yatan və oyanan kəslərin bədənindəki yağ nisbətinin daha az olduğu təyin olunub.

American Journal of Health Promotion jurnalında nümayiş olunan araşdırmalara görə, kilo vermək istəyən, ancaq idmanla arası olmayan kəslərə yeni bir variant təqdim edib.

Araşdırmalar yuxuya getmə və oyanma saatları nizamlı olan kəslərin, nizamsız yuxu vərdişi olanlardan daha incə olduğunu aşkar etdi.

Araşdırmalara 17-26 yaş arası 300 dən çox qadın qoşulub.

Həftə boyunca yuxuya getmək və oyanma saatları 90 dəqiqədən çox dəyişən qadınların bədənindəki yağ nisbətinin, 60 dəqiqə və ya daha az dəyişənlərinkindən daha çox olduğu nəzərə çarpıb.

Tədqiqatçılar gecə 6,5 saatdan az ya da 8,5 saatdan çox yatanlarında bədənindəki yağ nisbətinin daha çox olduğunu bildiriblər.

Elm adamları, yuxu keyfiyyətinin pozulmasının iştahla əlaqədar olan hormonlara təsir edərək, bədəndəki yağ nisbətinin artmasına gətirib çıxardığını qeyd ediblər.

loading...
Şərh yaz