İnsanlar nə üçün səyahət edir?

səyahət
loading...

Yəqin ki aramızda səyahət sahəsində elə də böyük açılışlar etməyən, lakin bu prosesə həvəslə yanaşanlar çoxdur.

Bəs bu bizim nəyimizə lazımdır?

  • Səyahət öz ölkəni, şəhəri, küçəni, mənzilini və hətta sevimli kreslonu belə uzaqdan görməyə imkan verir. Başqa yerdə olduğumuz vaxt bir müddətdən sonra biz darıxmağa başlayırıq və titrək hisslərlə evdə bizi əhatə edən hər şeyi yadımıza salırıq. Bəzən əksinə də olur, bu zaman yeni yerdə məskunlaşmaq haqqında fikirləşməyə dəyər, bəlkə də səyahət sizə məhz bunun üçün verilmişdi.
  • Dünya xəritəmizin genişləndirilməsi üçün. Biz nə qədər daha çox şəhər və ölkəyə gedirik, bu xəritə o qədər də genişlənir. Bir nöqtədən o sanki bütün dünyaya çevrilir. Bu da həm bizi həm də ki, bizim baxışlarımızı dəyişdirir. Başqa insanların həyat tərzini gördükdə əvvəlki kimi yaşamaq mümkün olmur. Hətta əgər bu qonşu şəhər olsa belə fərqlər gözə çarpandır: başqa mədəniyyət, mətbəx, ləhçə və s. Bu Azərbaycan olsa belə, onun ayrı-ayrı bölgələrində fərqli ləhçə ilə danışırlar, bir az fərqli adət ənənələrdən istifadə edirlər.
  • Çoxlarını gözəl təbiət cəlb edir. O təbiət artıq o səbəbə görə gözəldir ki, biz onu daim müşahidə etmirik, ona öyrəşməyi çatdırmırıq. Ağaclı park və ya meşədə adi gəzintilər bizim üçün çox cəzbedici və çox nadir hallarda olan bir şeydir. Hər yan nə qədər uzaq olarsa, bizə o qədər daha gözəl görsənir. Düzənlikdə yaşayan insanlar dağlara getməyə cəhd edir, amma dağlarda yaşayanlar onların gözəlliklərinə fikir vermirlər, bu onlar üçün adi bir faktdır.
  • İqlimin dəyişməsi. Kimsə öz mükəmməl iqlimini tapır, kimsə isə başqa yerlərlə müqayisə edib anlayır ki, öz evi hər yerdən daha yaxşıdır və bu zaman o doğma yerini heç vaxt olmadığı kimi sevməyə başlayır.
  • Əgər insanın inkişafı haqqında danışsaq bu zaman onlar özlərinin axtarışları, öz yolunun seçimi üçün səyahət edirlər. İnsan bu halda öz güc və imkanlarını sınaqdan keçirmək, öz bacarıqlarını öyrənmək istəyir. Səyahət sizə uyğun yolu seçməyə kömək edə bilər.
  • Həmçinin səyahət zamanı daha çox dost, tərəfdaş və ya biznes üçün partnyor tapmaq mümkündür. Bu halda birləşdirici amil – həmin səyahətlərə olan ümumi maraqlardır.
  • Yad diyarlara sevgi axtarışına da gedənlər var. Təsadüfi tanışlıq bəzən güclü hisslərə çevrilir. Birgə yaşanmış həyəcanlar və macəralar insanları birləşdirir, hərçənd ki, bu vaxta kimi onlar yad idilər. Əgər siz sevdiyiniz insanla birlikdə səyahətə çıxırsınızsa, bu sizi daha da yaxınlaşdıracaq və sevginizi bərkidəcək.
  • Macəralar axtarışında, sadəcə istirahət etmək, yeni hisslər və emosiyalar almaq üçün səyahət edirlər. Bir çox insanlar yaşadıqları yerə, ətrafdakı predmetlərə, qoxulara və hətta insanlara belə öyrəşirlər və adi şeylərə artıq fikir vermirlər. Buna görə vəziyyəti dəyişmək, nəsə yeni bir şey görmək, eşitmək, başqa hisslər yaşamaq istəyirlər.
loading...
Şərh yaz