İş feminizmə çatanda

loading...

Elə insanlar var ki, onlar lüğətləri sevmir. Sevmir də, məndən bunun niyəsini soruşma, bəlkə tanış olmayan hərflər onları qorxudur. Onlar heç vaxt, deyək ki, feminizmin, sözün geniş mənasında, qadınların və kişilərin cəmiyyətin bütün sahələrində bərabərhüquqlu olmasına doğru yönələn təşəbbüs olduğunu öyrənmək üçün ensiklopedik lüğəti açmayacaqlar. Bu nəyə lazımdır ki?

Onlar bu terminlə ağıllarına gələn hər bir şeyi adlandırırlar. Sabunçuda bir arvad öz ərini tava ilə döyüb? Feminizmdir. Məşhur bir ulduzun qızı kişi olmaq istəyir? Feminizmdir. 8 Mart bayramında gözəllik yarışması keçirilir: yarıçılpaq qadınlar tamaşaçılara öz bədənlərini nümayiş etdirir? Görürsüz, feminizm insanları hara gətirib çıxarır! Feminizm haqqında artıq 20 ildir danışırlar. Və bu günə qədər də bu sözü söyüş kimi işlədirlər. Ölkəmiz ilə bağlı stereotipləri – patriarxat, rüşvət və qohumpərəstlik – sevməyən insanlar, feminizm haqqında stereotiplərə inanırlar. Bu klişelərdən bir neçəsini misal gətirək.

Feministlər kişilərə nifrət edirlər

Məşhur teleaparıcı, müstəqil fikirlərilə bilinən Evelina Xromçenko: “Siz feministsiz?” – sualına: “Yox! Mən kişiləri sevirəm!” cavabını vermişdi.

Əgər başqaları üçün nümunə olan teleaparıcı belə deyirsə, onda görəsən, daha savadsız olan insanlar nə düşünür – bu qadınlar dişi dəvədəlləyi kimi ərlərini şam yeməyində yeyirlər?

Feministlər haqqında fıkirlər çox müxtəlifdir. Buna görə də onları yaxından tanımaq lazımdır.

Məsələn, mən çoxdandır ki, kişilərdən zəhləsi gedən və planeti onlardan təmizləməyə can atan canlı feministə rast gəlmək istəyirəm. Sözün əsl mənasında, feministə rast gəlmək arzusundayam. Və beləsini hələ də tapmamışam. Hüquqların bərabərliyi uğrunda mübarizə aparan, kişilərin bəzi fıkirlərini, qəbul etdikləri qanunları, ayrı-ayrı insanların davranışlarını tərəddüd etməyi bacaran qadın. Nifrət haqqında, ümumiyyətlə, söhbət getməyib.

Deyl Spender yazır: “Feminizm heç bir müharibədə iştirak etməyib. Öz opponentlərini heç vaxt öldürməyib. Həbs düşərgələri yaratmayıb, düşmənlərini acından öldürməyib, heç bir qəddarlıq nümayiş etdirməyib. Feminizm təhsil, səsvermə hüququ, əmək şəraitinin yaxşılaşdırılması, küçələrdə təhlükəsizliyin qorunması, uşaqlara qulluq xidmətlərinin yaradılması, sosial müavinətlərin verilməsi, zorlamaya məruz qalanlar üçün krizis mərkəzlərinin açılması, qadınlar üçün sığınacaqların yaradılması, qanunvericilikdə islahatların həyata keçirilməsi uğrunda mübarizə aparıblar.

Əgər kimsə sənə nə Vaxtsa “Mən feminist deyiləm”, – söyləsə, ondan düz gözünün içinə baxaraq soruş: “Niyə? Nə olub axı? Sənin problemin nədədir axı?”

Feministlər özləri pul qazanmırlar

“Şimal ölkəsi” filmində tənha anaya karyera ilə məşğul olmaq lazım deyil, işdən çıx, özünə səni təmin edəcək bir məşuq tapmağı məsləhət görürlər. Adətən, onlar söhbətə bu sözlərlə başlayırlar: “Qulaq as, sən gözəl qadınsan…”. O isə onların sözünü kəsərək deyir: “Mən bilirəm ki, gözəl qadın özünə kişi tapa bilər, amma mən işləmək, özümün və uşaqlarımın qayğısını çəkmək istəyirəm”.

Bütün tarix boyu qadınlar kişilərdən asılı olub. Acından ölməmək üçün kişini razı salmaq lazım idi. Amma yenə də onun ağlına qəribə fikirlər gəlirdi. Qədim Romada kişi öz qadınını hazır olmayan çaxırı içdiyinə görə qova bilərdi. Çində isə kişi öz həyat yoldaşını, “xasiyyətini düzəltmək üçün” bir neçə il müddətinə fahişəxanaya göndərirdi. Pakistandakı bəzi beludei tayfalarında isə qadınlara hələ də ət yemək qadağandır, onlar yalnız vegetarian yeməklərlə qidalanırlar. Beludeinin yanına qonaq gələndə, əksər vaxtlarda keçinin başı kəsilir, evin kişilərə aid olan hissəsində yalnız kişi aşpaz tərəfindən hazırlanır, düyü, tərəvəz və yeni hazırlanmış çörəklə birlikdə süfrəyə gətirilir. Qadınlar isə evin onlara aid olan hissəsində oturub, yalnız yeməyin iyini duya bilirlər.

Müasir feministlər də hər şeyi atıb, evdar qadınlara çevrilə bilər. Amma bizim hər-birimizin seçim imkanımız var: kiminsə əhvalından asılı olmaq və ya olmamaq. Biz bir çörək parçası üçün ər və ya aşna axtarmağa, evdən qovulmamaq üçün təhqirlərə dözməyə məcbur deyilik. Biz ancaq özümüzə arxalana bilərik. Və öz keçimizi düyü ilə qızartmağı özümüz də bacararıq.

Feministlər Yumoru Sevmirlər

Mən qadın məntiqi haqqında lətifələrə gülməyəndə məni feminist adlandırırlar: “Sən yumor başa düşmürsən?” Qadınları alçaldan reklamlardan xoşlanmayanda da məni feminist adlandırırlar: “Masa şəklində iki ayağı və iki əli üstündə duran qadın axı gülməli görünür! Niyə sən şənlənməyi bacarmırsan axı?”. Avtomobil həvəskarlarından sükan arxasında əyləşən qadını əlində qumbara tutan meymunla müqayisə etməməyi xahiş edəndə də məni feminist adlandırırlar.

Yeri gəlmişkən, avtomobilçilər və məntiq haqqında. Bir dəfə rəfiqəmin qohumu əlində bir qəzet gətirib ona uzatdı. Burada yollardakı qəzalar haqqında Qərb statistikası yer almışdı. O, fəxrlə oxumağa başladı: “Yol-nəqliyyat hadisələrinin, təqribən, 25%-i qadınların ucbatından baş verir. Mən sənə nə deyirdim!” O, elə sevinirdi ki, hətta seksist kişilər arasında populyar olan mahnını oxuya-oxuya rəqs etməyə başlamışdı. Rəfiqəm onun bir neçə dəfə qalibiyyət rəqsini ifa etməsinə imkan verəndən sonra, söz aldı: “Yaxşı, qəzaların 25%-i qadınların payına düşür. Bəs qalan 75%-ni kim törədir?”. Qohumu çaşqınlıqla: “Eeee… sən nə demək istəyirsən?” – deyə soruşdu. “Fikirləş də. Qadınlardan başqa kim maşın sürür? Uşaqlar, itlər, pişiklər, yadplanetlilər, ağaclar, yoxsa göbələklər?” Nəhayət, kişi özünə gəlib tam gözlənilən cavabı verdi:

“Axmaq! Sən feministsən!”. O, nəyəgörəsə möhkəm incidi. Mənim iş yoldaşlarından biri isə eyni mövzu ilə bağlı mübahisə zamanı dedi: “Qadınlar maşını daha inamsız idarə edirlər, buna görə də daha az qəza törədirlər”. Və bu insanlar bizə qadın məntiqsizliyi haqqında lətifələr danışır.

Feministlər həmişə narazıdırlar

Bəli, biz bir çox şeylərdən xoşlanmırıq. Bu da çox təbii bir haldır. Misal üçün, mən seksist söz birləşməsi olan “zəif cins” ifadəsini sevmirəm. Bu ifadədən lap zəhləm gedir! “IT şöbəsinə kişi işçilər tələb olunur”-kimi elanlar məni özümdən çıxarır. Ananın oğluna müraciətlə növbəti “Ağlama, axı sən qız deyilsən,” – sözlərini eşidəndə də hirslənirəm. Prezident Olimpiya çempionlarım mükafatlandırarkən, kişi idmançılara bağışlanılan maşınlar qadınlara hədiyyə edilən avtomobillərdən iki dəfə baha idi. Niyə? Niyə axı mətbəxdən çıxan kimi, bizə qəribə bir məxluq kimi baxırlar? Baxın, qadın maşın sürür. Ooo, o hələ kitab da yazır, onda onu tərifləmək lazımdır: “Müəllif qadındır, amma kifayət qədər yaxşı şeir yazır”. O hələ pul da qazanır. Onda qadınlara məxsus olmayan cəsarət və ağıl var!.. Axı niyə biz nəyinsə öhdəsindən yaxşı gələ biliriksə, deməli, kişilər kimi bacarıqlıyıq?

Rəfiqələrimdən biri mənə aşağıdakı əhvalatı gülərək və həyəcanını gizlətməyərək danışır: “Bir dəfə universitetdə müəllimim artıq birinci dərsdə elan etdi ki, qızlar texniki universitetdə oxumaq əvəzinə, evdə bozbaş bişirməlidir, buna görə də üçdən artıq qiymət alınaq üçün xeyli çalışmaq lazım idi. Yeri gəlmişkən, yeganə qırmızı diplomu elə qız da aldı”.

Qadınlar həm orta, həm də ali məktəblərdə daha yaxşı oxuyur, amma sonralar işə qəbul zamanı əksər vaxtlarda diskriminasiya ilə üzləşirlər. “Mən bir neçə dəfə ixtisasım üzrə işə düzəlməyə cəhd göstərdim. Amma hər dəfə bu sözləri eşidirdim: “Bizim artıq komplekt üçün qızımız var, bundan artıq istəmirik”.

Və ya mənə utanmadan elan edirdilər ki, məni yalnız buyruqqulu kimi işə götürməyə razıdırlar. İxtisasımı dəyişdim, amma hələ də narazılıq məni boğur. Axı niyə əgər sən qadın cinsinə aidsənsə, nə qədər ağıllı olsan da, sənə şans vermirlər”. Başqa bir rəfiqəm də ixtisasını bərabər olmayan iş şəraiti ucbatından dəyişib: “Şefımin, qadın üçün kifayət qədər yaxşı maaş almağım haqqında fikirlərindən bezdim, o deyirdi ki, kişilər ailələrini dolandırmalıdır, ona görə də daha yüksək əməkhaqqı almalıdırlar. Hər yenicə ali məktəbi bitirən kişi mənə yuxarıdan-aşağı baxırdı və təəccüblənirdi ki, mənim proqramlaşdırma şöbəsində nə işim var, sonra da çay dalınca göndərirdi. Mən isə onun bir neçə həftə ərzində ağır iş üzərində necə əziyyət çəkdiyini müşahidə edir, sonra da beş dəqiqəyə onun səhvini düzəldirdim, amma bunun bir nəticəsi olmurdu. Ümumiyyətlə, sənətdən uzaqlaşdım. Daim axına qarşı getməkdən bezdim”.

Feministlər nəsə istəyirlər

Formal bərabərlik ölkədə gizli diskriminasiyam aradan qaldırmadı və qadınlar yenə də məişət seksizminin hədəf olaraq qalırlar. Buna görə də biz bunun dəyişməsini istəyirik. İstəyirik demək də azdır, biz bunu tələb edirik!

Bu mənada Coys Stivensin əla, nöqtə işarəsi olmayan bir mətni var: “…Ona görə ki, qadın əməyi heç vaxt bitmir, ödənmir, yaxud pis ödənir və ya darıxdırıcı və yeknəsəqdir, bizi ilk növbədə işdən çıxarırlar və bizim xarici görünüşümüz bizim işimizdən daha vacibdir və bizi zorlayıblarsa bu bizim günahımızdır; bizi döyüblərsə, deməli, biz buna imkan yaratmışıq; səsimizi qaldırırıqsa, deməli biz davakarıq; seksdən həzz alırıqsa nimfomanıq, almırıqsa deməli, frigid qadınlarıq; cəmiyyətdən uşaqlarımıza qayğı tələb ediriksə, deməli, eqoistik; öz hüquqlarımızı tələb ediriksə, aqressivik və zərif deyilik; tələb etmiriksə, deməli, biz tipik zəif qadınlarıq və ərə getmək istəyiriksə, deməli, kişi ovu ilə məşğuluq, istəmiriksə deməli, anormalıq, həm də ona görə ki, hələ də etibarlı və təhlükəsiz kontrasepsivlərimiz yoxdur; o zaman ki kişilər heç nəyə görə cavabdeh deyil və biz məsuliyyətdən qorxuruqsa və hamiləlikdən imtina ediriksə, bizi abortların günahkarlan edirlər və… bir çox digər səbəblər üzündən biz qadın hərəkatında iştirak edirik”.

Mən öz bloqumda qızlar arasında sorğu apardım: “Sizi nə vaxt feminist adlandırıblar?” Mənə cavab verdilər: “Siyasi mövzuya aid məqalədə yazılan “YuliyaTimoşenko tipik qadın təşvişinə düşüb” sözlərindən narazılığımı bildirəndə”; “Mənə bir nəfər elçi düşəndə, “əvvəlcə onun xarici görünüşünə diqqət verməliyəm” deyəndə”; “Mühasibatçı qadınların “kişiləri necə idarə etmək, aldatmaq lazımdır” mövzusuna həsr edilmiş söhbətlərində iştirakdan imtina edəndə”; “Müəlliməyə deyəndə ki, düzdür, tikməyi bacarmamaq problemdir, amma çətin ki, bu mənim qızımın həyat faciəsinə çevrilsin”; “Resenziyada yazılan “Rejissor emosiyalara həddən artıq çox yer ayırıb və filmi qadınlar üçün yaradıb” sözlərinə qarşı etirazımı bildirəndə”.

Xülasə, bütün bu “Deməli, sən feministsən” sözləri yazıçı Reloekkı Uestin hələ 1913-cü ildə səsləndirdiyi nəzəriyyəyə uyğundur: “Mən heç vaxt feminizmin dəqiq tərifini verə bilməmişəm. Amma hər dəfə məndən sui-istifadə etməyə imkan verməyəndə məni feminist adlandırırlar”.

Bütün bu yuxarıda deyilənlərdən belə çıxır ki, biz hələ də feminizmin nə olduğunu yaxşı başa düşməmişik. Kim bilir, bəlkə illər sonra bu məşhur və hamı tərəfindən tez-tez işlədilən sözün hansı məna verdiyini başa düşmüş olarıq. Neyləyək, bizə qalan, deyəsən, bir neçə il də gözləmək olacaq. Bu qədər gözləmişiksə, yenə də gözləyərik, heç eybi yoxdur.

Feministlər zərif deyillər

Əvvəlcədən bu sözləri deyəndə, nəyin nəzərdə tutulduğunu dəqiqləşdirmək lazmıdır. Çox güman ki, o, bu cür izah etməyə başlayacaq: “Feministlər ayaqlarını heç vaxt qırxmayan, kobud çəkmələr, biçimsiz paltar geyinən, kosmetikadan istifadə etməyən və dəbdən başı çıxmayan eybəcər qadınlardır”. Onda onu “Seks və Şəhər” serialının bir neçə parçasını izləmək lazımdır. Çünki bundan sonra feministlər haqqında tam başqa bir təsəvvür əldə etmiş olacaqdır.

Bundan başqa, sənə deyə bilərlər ki, feministlər həddən artıq müstəqildir. Yaroslavl qubernatoru bir gün dedi: “Təbiət belə düşünüb ki, kişilər qadınların və uşaqların qayğısını çəkməlidir. Səni hər şeydə qabaqlamağa çalışan bir insanın qayğısını necə çəkəsən? Siz bir Matviyenkoya fikir verin. Onun kişiyə məxsus sifəti, xasiyyəti və iradəsi var! Kişilər isə ilk növbədə, zərifliyə qiymət verir”. Beləliklə də, cəmiyyət öyrəndi ki, qubernatorun fikrincə, zəriflik itaətkarlıq, iradəsizlik və öz fikrinin olmamasıdır. Amma mən hələ indiyə qədər başa düşə bilınirəm ki, niyə bu vətəndaş öz kolleqasını peşəkar kimi deyil, qadın kimi qiymətləndirir? Bəlkə ona elçi düşmək arzusundadır? Başqa cür ola bilməz çünki!

Feministlər pulu özləri ödəyirlər

Bəzi kişiləri heç cür başa düşmək olmur. Onlar tez-tez qadın pulgirliyindən şikayət edirlər, amma restoranda qız öz əvəzinə pul vermək fıkrinə düşən kimi, az qala huşlarını itirirlər: “O, hesabı ikimizin arasında bölməyi, təklif etdi! Lənətə gəlmiş feminist!”. Mütləq deyil ki bərabərhüquqlu münasibətlər istəyən qiz, bütün həyatı boyu bütün xərcləri iki yerə böləcək. Amma qızı şam yeməyinə qonaq edən kəs onunla yatmalıdır – düşüncəsi hələ də mövcud olan bir ölkədə, mən dəfələrlə görüşdən sonra evə dəvət olunmayan kişilərin aciqlı şikayətlərini eşitmişəm: “Təsəvvür edirsən, mən fikirləşirdim ki, əgər o, şam yeməyinə razılıq veribsə, mənimlə sekslə məşğul olmaqdan da boyun qaçırmayacaq. O isə yalnız sağollaşanda yanağımdan öpməklə kifayətləndi! İfritə!”. Mən belə hallarda həmişə dəqiqləşdirmək istəyirəm: “Axı ay kişi, heç sən özün bir boşqab yeməyə görə özünü təklif edərsən?”

Təəccüblü deyil ki, özünə hörmət edən qız az tanıdığı pərəstişkarına borclu olmaq istəmir. Bu fikri o heç yaxına buraxmaq belə istəmir. Onu buna görə feminist adlandıracaqlar? Lap yaxşı.

loading...
SHARE
Şərh yaz