İş yoldaşımdan nifrət edirəm!

İş yoldaşı
loading...

İş yerində davamlı diqqətinizi paylayan və yaradıcılığınızı qurudan biriylə çalışmaq məcburiyyətindəsiniz?

Davamlı şikayət edən, dözülməz bir iş yoldaşınız varsa, performansınıza mənfi təsirlənə bilər. İşə fikri cəlb etmək yerinə bütün enerjinizi onu idarə etməklə xərcləmək məcburiyyətində qala bilərsiniz. Yaxşı, belə bir vəziyyətdə necə məhsuldar işləmək olar?

Əgər heç xoşlamadığınız biriylə çalışmaq məcburiyyətindəsinizsə, inanın tək deyilsiniz. Mütəxəssislərə görə birindən nifrət etmək, eynilə sevmək kimi təbii bir haldır. Hər zaman ətrafımızda yola getmədiymiz, çətinlik çəkdiyimiz amma bir yerdə çalışmaq məcburiyyətində olduğumuz insanlar ola bilər. Xoşlanmadığmız kəslərdən qaçmaq ümumiyyətlə ilk olaraq müraciət etdiyimiz və əksəriyyətlə müvəffəqiyyətli bir taktika olaraq qiymətləndirilər. Amma ofis mühitində bunu etmək çox da asan deyil. Yanınızda oturan iş yoldaşınızı və ya ortaq proyektdə vəzifə aldığınız adamı öldürəcək vəziyyətə gəlmədən bizim tövsiyələrimizi qulaq asın

Reaksiyalarınızı idarə edin

İş yoldaşınızdan duyduğunuz narahatlıq düşmənliyə çevrilə bilər. Bunun qarşısını almaq üçün ediləcək ilk iş, qarşınızdakı insanın necə biri olduğu ya da sizi necə narahat etdiyi yerinə sizin bu vəziyyətə necə reaksiya verdiyinizi düşünməkdir. Hirsinizi boğmağnız üçün hər gün nizamlı olaraq özünüzü rahatlaşdıracaq məşqlər edin. Beləcə stresinizlə baş edəcək, rahatlayacaqsınız. Sizi narahat edən adam artıq köhnəsi qədər gözünüzə batmayacaq.

Nifrətinizi özünüzə saxlayın

İş saatları boyunca nifrət etdiyiniz adam sizi nə qədər narahat etsə də digər iş yoldaşlarınızla bu vəziyyəti paylaşmayın, onların yanında sızlanmayın. Bəzən başqalarının da bizim kimi hiss etməsini istəyərik. Ancaq biri haqqında davamlı şikayət etməyiniz sizə ofis içində pis bir şöhrət qazandıra bilər. Əgər biriylə bu probleminizi paylaşmaq istəyirsinizsə, ofis xaricindən biri olmasına diqqət edin.

Özünüzü qiymətləndirin

Öz reaksiyalarınızı nəzərdən keçirərkən, bu adamı niyə sevmədiyinizi nəzərdən keçirin. Daha əvvəl sizin nifrətinizi qazanacaq bir şey mi etdi? Yoxsa onun işini istəyirsiniz? Çox vaxt qısqanclıq və digər mənfi duyğular səhv mühakimə bizə və qarşımızdakını səhv qəbul etməmizə səbəb olar. Məsələn; biri bir işi bizdən daha yaxşı edirsə onu kiçik hesab edərik. Qərəzli və tərəfli davranın.

Birlikdə vaxt keçirin

Birlikdə çalışabiləcəyiniz proyektlərdə məsuliyyətlər alın. Bu sizə çətin gələ bilər ancaq birlikdə çalışmaq, o adamı daha yaxından tanımanızı köməkçi olacaq. Ayrıca, bu adamı yaxından tanıdıqca sizi narahat edən davranışlarının səbəbini bilərsiniz. Bəlkə xüsusi həyatındakı problemlər, müdirin yaratdığı təzyiq ya da yorğunluq səbəbiylə bu şəkildə davrandığını fərq edəcəksiniz.

Narahat olduğunuz davranışlarını söyləyin

Əgər heç biri işə yaramazsa, iş yoldaşınızla danışmağa cəhd edin. Əlbəttə iş yoldaşınıza sizi narahat edən hər hərəkətini sərt tənqidlərlə dilə gətirməyin. Xoşlamadığınız hər hərəkətini üzünə vurmaq yerinə incitməyəcək şəkildə izah edin. Xəbərdarlığınızı və danışmanızı edərkən qarşınızdakı adamın bunu fərdi olaraq qəbul etməsinə və sizə döyüş açmasına icazə verməyin.

loading...
Şərh yaz