İş zamanı idman

loading...

Bütün günü kompyuter qarşısında işləyərək keçirənlərə idman etmək üçün bəzi təkliflərimiz var.

Əgər siz də günün çox hissəsini işdə oturaq vəziyyətdə keçirirsinizsə və bu sizdə artıq çəkilərin yaranmasına şərait yaradırsa mütəxəssislərin bu cür insanlara faydalı ola biləcək bir neçə kiçik məsləhətləri var. Kiçik məşqlər vasitəsilə artıq çəkinin yaranmasının qarşısını ala bilərsiniz.

Səhər işə gələrkən avtobusdan 1 dayanacaq tez düşün və piyada yol gedin. Bu hərəkəti axşam evə gedərkən də təkrar edin.

Əgər hündürmərtəbəli binada çalışırsınızsa iş otağına qalxarkən liftdən istifadə etməyin.

Günorta fasilələrində yemək yediyiniz yerdə oturub qalmayın, yeriyərək hərəkət edin.

İş zamanı çay içmək istəsəniz, qalxıb özünüzə çay hazırlayın, hər hansı lazımlı faylı da özünüz aparın, işlərinizin arxasınca özünüz gedin və beləcə, hərəkət etmiş olacaqsınız.

İşdən tez çıxdığınız günlərdə idman salonlarına baş vurun, komanda idmanlarında iştirak edin.

loading...
Şərh yaz