İsti yay və balaca körpə

loading...

İsti yay və balaca körpə. Körpənin gün vurmadan, susuzlamadan və yanıqlardan müdafiəsi.

Balaca uşaqlar üçün (0-3 yaşına qədər olan) gün vurma, susuzlama və gün yanıqları potensial olaraq daha çox təhlükəlidir və gözlənilməzdir.

Məsələ ondadır ki, uşaqlar sürətli maddələr mübadiləsi ilə fərqlənirlər, yəni uşaqlarda istiliyin yaranması da daha intensiv olur. İstilikdən qurtulmağa çalışaraq, xüsusilə isti iqlim şəraitində, körpə böyük miqdarda rütubət itirir və bu yüksək tərləməyə, dərinin qurumasına, diatezə və atopik dermatitə səbəb olur.

Buna görə körpəyə qayğı göstərmək və istinin neqativ təsirindan körpəni maksimal dərəcədə qorumaq lazımdır.

İsti və gün vurması.

İsti və gün vurmasının əlamətləri:

  • ürək bulanması və qusma
  • 3 saatdan çox sidiyin olmaması
  • həvəssizlik və solğunluq
  • genişlənmiş göz bəbəkləri
  • koordinasiyanın itməsi
  • tərin yoxluğu, quru dəri
  • bədən temperaturunun yüksəlməsi
  • qıcolmalar və şüurun itməsi

İnsan həyatı üçün təhlükəli olan bütün təbii amillər arasında (daşqın, qasırğa, şaxta və s.) isti birinci yerdədir.

İsti və gün vurması zamanı yardım:

  1. Həkim çağırın.
  2. Körpəni tez maksimal sərin yerə keçirin. Körpənin geyimini dərhal çıxarmaq lazımdır. Əgər yaxınlıqda sərin yer yoxdursa, bu zaman istənilən üsulla körpənin ətrafındakı sahəni soyudun: qəzetlərlə yelləyin, kölgə yaradın, bədəninə sərin dəsmal örtün.
  3. Uşaq özünə gələn kimi ona su verin.

Günəş yanığı:

Günəş yanığının simptomları:

  • Əgər isti vurmanın simptomları bir anda görünürsə, günəş yanığının əlamətləri 12-24 saat ərzində bilinir. Birinci əlamət də — dərinin qızarmasıdır.
  • Yanıq yerdə dəri qıcıqlanır və hər saat daha intensiv qızarır. Bir az sonra isə dəri suluq və ya səpgilərlə örtülə bilər.
  • Bədən temperaturu yüksələ bilər.

Günəş yanığı vaxtı köpəyə yardım:

  1. Dərhal günəşin altından qaçın!
  2. Uşağı sərin duşun altında və ya sərin vannada saxlayın.
  3. Dəriyə xüsusi yanığa qarşı qarşı aerozollar vurun. Belə preparatlar istənilən aptekdə satılır və günəş yanıqları vaxtı qatıqdan və ya xamadan daha effektiv kömək edərək eyni zamanda soyuducu və ağrıkəsici təsirə malikdir.
  4. Yanıq sağalmayana qədər körpəni açıq günəşin altına buraxmayın, ona yüngül kətan geyimlər geyindirin ki, dərisini sürtməsin.

Susuzlamanın simptomları:

  • Ağlağanlıq və həvəssizlik, solğunluq və yuxuculluq;
  • Göz yaşlarısız ağlama, tərin və sidiyin yoxluğu (3 saat ərzində);
  • Ağızda quruluq.

Balaca uşaqların orqanizminin susuzlaması tez yarana bilər və əgər siz buna fikir verməsəniz, bu zaman körpədə maddələr mübadiləsinin ciddi pozulmaları yarana bilər ki, sonra o bütün həyatı boyu onunla yaşamalı olacaq. Buna görə istidə körpəyə daim su içizdirmək lazımdır.

Balaca uşağın susuzlaması vaxtı ilk yardım:

  1. Körpəni sərin yerə keçirin.
  2. Bol-bol su içizdirin.
Şərh yaz