İsti Yayım

loading...

Aysel 2012 yay makiyajını təqdim edir. Bu yay kosmetika minimum, təbiilik maksimum olmalıdır.

Qaşlar

Yeni mövsümdə qaşlar təbii və enli, rəngi saç rənginə uyğun olmalıdır. Əlbəttə. qaş korreksiyasından bütövlükdə imtina etmək lazım deyil. Onlara təbii formanı saxlamaqla səliqəli görünüş vermək olar. Sarışınlara qaşlarını rəngləmək, qara və şabalıdı qaşı olanlara isə kontur karandaşdan istifadə etmək məsləhətdir.

Təbiilik

Qışda xanımlara solğun çalarlı makiyaj məsləhət görülürdüsə, yay fəslində vizajistlər ona əlvan çalarlar əlavə ediblər. Ümumilikdə yay makiyajında kosmetik vasitələrlə yüngül vurğulanan təbii gözəlliyə üstünlük verilir. İsti havalarda kosmetoloqlar kosmetika istifadəsini minimuma endirməyi məsləhət görürlər, kirşan və tonal kremin qalın qatı dərinin məsamələrini bağlayır və nəfəs almasını çətinləşdirir.

Gözlər

Vizajitslər gözü vurğulamağın müxtəlif üsulunu təklif edirlər. Bu mövsümdə həm göz kölgəsi, həm də sürmə aktiv istifadə olunur. Seçim zövqünüzdən asılıdır. Sürmənin rənginə diqqət yetirin, tünd-boz və klassik qaranı seçin. İsti havada makiyajınızın qüsursuz qalmasını istəyirsinizsə, suyadavamlı karandaşdan istifadə edin. Oxlar yenə də aktual trend sayılır, onlar gözləri o qədər cəlbedici edir ki, xanım əsl Şərq gözəlinə bənzəyir. Kölgələr də tünd rəngdə seçilməlidir: göy, qəhvəyi, boz. Həmçinin yayda açıq-yaşıl kölgələr aktual olacaq. Açıq-boz rəng isə həmişə dəbdədir.

Məsləhət

Yağlı kosmetikadan istifadə etməyin. Yağlı göz kölgələri payızda lazımınız olacaq, çüknki belələri yüksək temperaturda əriyir. İsti havada makiyajın yaxşı qalması üçün üz təmiz olmalıdır. Yayda makiyajın altından krem və qoruyucu vasitələr çəkməyə ehtiyac yoxdur.

Dırnaqlar

Şəffaf laklı fransız manikürü və ya klassik açıq-rəngli pomadaya uyğun dırnaq boyası dəbdədir. Dırnaqlar isə nə uzun. nə də qısa olmalıdır.

Dəri çalarları

2012 yay makiyajı açıq çalar diqtə edir. Qaralmış dəri dəbdə deyil, avtoqaralma, tonal krem və kompakt kirşan keçmişdə qaldı. Dəriyə bərabər çalar vermək üçün ovulan kirşandan istifadə edilməlidir. Belə kirşanın tərkibində günəş şüasının qarşısını alan mikroelement və E vitamini olmalıdır. Üzün solğun rəngini zərif, təbii çalarlı (çəhrayı, pastel) ənliklə tamamlayın.

Dodaqlar

Yay mövsümündə dodaqlar zərif təbii parıltılı olmalıdır. Gecə makiyajı üçün qırmızı pomada uyğun gələcək. Dayanıqlı pomadadan yayda istifadə etmək məsləhət deyil, çünki onun tərkibində quruducu effektli element var. Nəmləndirici pomada seçin. Makiyajda üzün yalnız bir hissəsi vurğulanmalıdır. Əgər pomada tünd rəngdədirsə, gözlər sadə olmalıdır. Pomadanın rəngi ya göz kölgəsinə, ya da ənliyə əsasən seçilir. Çəhrayı dodaq parıltısı vurmusunuzsa, ənlik də o çalarda ola bilər.

loading...