İzmir plovu

Lazım olanlar:

  • 2 stəkan düyü
  • 1 soğan
  • 1 qaşıq kərə yağı
  • 1 stəkan qoz
  • 2 qaşıq fıstıq
  • 2 qaşıq quşüzümü
  • 1 qaşıq iri fıstıq
  • 1 çay qaşığı darçın
  • 6 ədəd quru qaysı
  • cəfəri, şüyüd
  • duru yağ
  • 1 su stəkan ət suyu
  • Su
  • Duz
  • bəzəmək üçün təzə göyərti.

Hazırlanması:

loading...

İncə doğranmış təzə soğanı bir-iki dəqiqə kərə yağında qovurun. Düyü və duzu da əlavə edin və 4-5  dəqiqə yenə qovurun. Isti ət suyunu əlavə edin və vam odda plovu bişirin. Plov dəmlənirkən başqa bir qabda duru yağda iri fıstığı, sonra qozu, quş üzümünü, kub şəklində doğranmış qaysını, fıstıqları əlavə edib iki-üç dəqiqə qovurun.

Dəmlənən plovun üzərinə bunları əlavə edin. Darçını, incə doğranmış cəfəri və şüyüdü də plova əlavə edin və hamısını qarışdırın.

Plovumuz artıq hazırdır. Servis qabında üzərini göyərti ilə bəzəyin.

loading...
SHARE
Şərh yaz