Kartof şirəsi qastrit, qıcqırma və arıqlamağa kömək edir

loading...

Kartof şirəsinin faydalı xassələri hələ bizim uzaq əcdadlarımız tərəfindən məlum idi. Öz müalicəvi xassələrinə görə kartof sinqa epidemiyasını məhv edərək  Avropada minlərlə insan həyatını xilas edib.

Kartof şirəsinin tərkibində azotlu birləşmələr, üzvi turşuları, zülallar, yağlar, nuklein turşuları, vitaminlər qrupu, nişasta, sellüloza, vitaminlər, mikroelementlər, E, karotin, РР – kalsium, dəmir, maqnezium, natrium, xlor, kükürd, bor, yod, brom, mis, kobalt, sink, silisium, manqan, fosfor və kalium duzu var.

Kartof sirəsində faydalı, təbii, asan mənimsənilən şəkər olur. Lakin yeməklərin hazırlanması prosesində şəkər nişastaya çevrilir. Amma məlum olduğu kimi, çoxlu çiy kartof yemək mümkün deyil.

Kartof şirəsinin faydalı xüsusiyyətləri

Xalq təbabətində kartof şirəsini yüngül işlətmə, sidikqovucu və iltihab əleyhinə vasitə kimi tətbiq edirlər.

Çünki kartof şirəsi kalium və maqneziumla, eləcə də vitaminl C ilə zəngindir, onu böyrək və ürək damar patologiyası olan xəstələrin rasionuna  əlavə edirlər. Kartof şirəsi ağrını sakitləşdirir, mədədə turşuluğu azaldır, mədə-bağırsaq traktının selikli qişasının sağalmasına kömək edir.

Kartof şirəsinin  köməyi ilə kolit, qastrit, mədə və bağırsağın yara xəstəliyini müalicə etmək olar.

O zəhərlənmələr zamanı, baş ağrılarında, hipertoniya, dəri xəstəlikləri və mioma artımları iltihabında, yanıqlarda kömək edə bilər.

Müalicəvi kartof şirəsi

Əgər siz müalicəvi kartof şirəsi kursunu keçmək istəyirsinizsə  o zaman bir neçə gün əvvəl, pəhriz saxlayın, kəskin və duzlu yeməklərdən- balıq, ət yeməklərindən imtina edin, ən yaxşısı vegetaryan yeməklər yeyin. Meyvə və çiy tərəvəzlər ola bilər. Bütün müalicə müddəti zamanı bu pəhrizə riayət etmək lazımdır.

Kartof şirəsi vasitəsi ilə qastrit və qıcqırmanın müalicəsi

Səhər  acqarına  bir stəkan təzə kartof şirəsi için. Sonra yatağa qayıdın və yarım saat uzanın. Kartof şirəsinin qəbulundan bir saatdan tez olmayaraq  yemək olar. Müalicə on gün davam edir. Sonra on gün fasilə verilir.  Bu, bir silsilədir. Müalicə üç mərhələdən ibarətdir. Müalicəvi effekti siz bir neçə gün sonra hiss edəcəksiniz, sizdə vəziyyət xeyli yaxşılaşacaq.

Eroziya və iltihabın müalicəsi

Bir stəkan təzə, çəhrayı kartof şirəsinin üzərinə bir çay qaşığı şəkər tozu əlavə edin. Səhər  acqarına için, yarım saat sonra  qida qəbul edə bilərsiniz. Əgər ehtiyac varsa bir həftə sonra kursu təkrar edin.

Şərh yaz