Karyera yoxsa ailə? Müasir qadının seçimi

loading...

Ənənəvi anlayışda qadın – ailə ocağının qoruyucusudur. O evdarlıq edir, uşaqları tərbiyə edir, onun yoldaşı isə ailənin maddi rifahının qayğısına qalır. Lakin bizim dünyamız dəyişir və müasirləşir. Müasir qadınlar tez-tez nikah və ya şəxsi müvəffəqiyyətli karyera seçimi problemi ilə rastlaşırlar. Ailəni kişi dolandırmalıdır kimi fikir artıq heç kəsdə yaranmır. “Mən özüm özümü təmin etmək istəyirəm”, “Mən heç kimdən asılı olmaq istəmirəm” kimi frazalar xanımlar arasında çox aktuallaşıb. Bu məsələni aydınlaşdırmaq üçün biz hər iki variantı nəzərdən keçirməyi təklif edirik.

İşləyən qadın tələb edilən mütəxəssis olduğundan mənəvi zövq almağa başlayır. O maliyyə müstəqilliyinə əsaslanaraq sabahkı günə əminliklə baxır. Zərif cinsin nümayəndələri hələ evlilikdən əvvəl uğurlu karyera irəliləyişinə malik olmağa və ya şəxsi biznes qurmağa çalışırlar. İş onları tamamilə özünə çəkir və ailəyə vaxt çatmır. Görkəmli Merlin Monro deyirdi ki: “Karyera – çox gözəl şeydir, amma soyuq gecədə heç kəsi qızdıra bilmir”.

Karyeranın seçimi vaxtı üstünlüklər və mənfi cəhətlər

Üstünlüklər:

  1. Öz həyatını sevimli işinə həsr etmək imkanına malik olursunuz;
  2. Kolleqalarınızın nüfuzuna və hörmətinə layiq olursunuz;
  3. Maliyyə cəhətdən müstəqillilik;
  4. Geniş dünyagörüşü.

Mənfi cəhətlər:

  1. Boş vaxtın yoxluğu;
  2. Ailədə münaqişələr;
  3. Streslər və orqanizmin yorulması;
  4. Kişi şovinizmi və həddən artıq rəqabət;
  5. Köhnə dostların itirilməsi.

Ailə səadəti

Evdar qadın özünü bütövlüklə öz ailəsinə həsr edir, evin quruluşu və ailə ocağının saxlanılması ilə məşğul olur. Kişini isə belə vəziyyət tamamilə razı salır, çünki yoldaşı evdədir, hər şey təmizdir, dadlı nahar hazırdır, uşaqların tərbiyəsi prosesi də yerindədir. Özünü ifadə etmə axtarışlarında qadın öz ailəsini meqa qayğıyla əhatə edir ki, bu da ailə münasibətlərini dağıdır. Belə qadınlar işləsələr də əksər hallarda karyera haqqında düşünmürlər.
Bu seçimin üstünlükləri və mənfi cəhətləri.

Üstünlüklər:

  1. Ev ilə məşğul olmaq və öz uşaqlarınızın yanında olmaq imkanı;
  2. Xarici görünüşə və sağlamlığa qulluq;
  3. Teatra və kinoya getmək imkanı;
  4. Dostlarla görüşmək imkanı.

Mənfi cəhətlər:

  1. Boş vaxtın çox olması bəzən sıxıntı hissi yaradır;
  2. Ev işləri artıq vəzifəyə çevrilir;
  3. Kişi pul qazandığı üçün bəzən onun üçün darıxırsınız;
  4. Maliyyə asılılığı.

Karyera və ailəni uyğunlaşdırmaq çətin olsa da, qadınlar üçün qeyri-mümkün heç nə yoxdur. İşdə reallaşdıra biləcək istedadınızı gizlətmək lazım deyil, bundan başqa da özünüzü şəxsi xoşbəxtlikdən də məhrum etməyin.

Ən əsası ailə və karyeranı ayırmaqdır. Ofisdən gedərək bütün mənfi emosiyaları və problemləri orada tərk edin. Əgər işdə siz rəhbərsinizsə, bu zaman evdə doğma insanlarla sadəcə qadın olun.

loading...
Şərh yaz