Kim yatmış, Kim oyaq?

loading...

Ofisdə iş günü – təkcə kolleqalarla xoş ünsiyyət, sosial setlərə baxış və müdir görməyincə kompüter arxasında mürgüləmək deyil. Güclü iradəylə internetə və ünsiyyətə olan marağımızı dəf edə bilərik. Amma yuxululuğu dəf etmək çox çətindir.

Gündüz yuxululuğu bioritmlərin sıradan çıxması və başqa neqativ faktorlarla əlaqədardır. Belə faktorlara: fiziki fəallığın olmaması, oksigen çatışmazlığı, stress, ekoloji şəraitin əlverişsiz olması aiddir. Meqapolis əhalisinin yarısı gündüz yuxululuğundan əziyyət çəkir. Onunla mübarizə yolları sadə və hamıya məlumdur: yaşıllıqda çoxlu gəzmək, yuxunu tam almaq, rejimə riayət etmək, yatmazdan əvvəl ağır yeməklər yeməmək. Bunlar yaxşıdır, bəs gümrah və effektiv çalışmaq üçün işdə nə etməli?

Kömək!

İş gününü gümrah keçirmək üçün nə etməli?

  • Ofisdə C vitamin qrupu, yaşıl çay, bir neçə efir yağı (limon, portağal, adaçayı), cır limon və jenşen cövhəri saxlayın. Sadə və ucuz vasitələr sizi formada saxlayacaq. Arabir otağın havasını dəyişin ki, daha gümrah olasınız. Beyin oksigenlə yaxşı qidalananda yuxululuq aradan qalxır.
  • Ofisə gələn kimi B vitamin qrupu kompleksi qəbul edin. Bu, başağrısı, zəiflik, yorğunluğun qarşısını alacaq. İşdə qəhvə və enerji gətirən içkilər içmək məsləhət deyil. Tonusda olmaq üçün yaşıl çay dəmləyərək içinə bir neçə damcı cır limon və jenşen cövhəri əlavə etməkdir.
  • Limon, portağal, adaçayı, efir yağları sinir-əsəb fəaliyyətini stimullaşdırır, işləmək qabiliyyətini artırır, anti-depressant rolunu oynayır və əhvalı yaxşılaşdırır. Biləyinizə bir neçə damcı vurun və ya masanızın üstündə aromaboru saxlayaraq gün ərzində içinə damcılayın.
  • Elkar preparatından məsləhət görülən ölçüdə mütəmadi istifadə işləmək qabiliyyətini artırır, psixoemosional gərginlik və stresin qarşısını alır, sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırır. Elkar orqanizmin fiziki və emosional gərginliyi zamanı adaptə imkanlarını da artırır.

Qulaq, Barmaq, Qaşaltı Masajı

Qulağın üstündə çoxlu bioloji fəal nöqtələr var. Bu nöqtələrin intensiv masajı qısa müddətə ümumi tonusu qaldıra bilər. Masajı isti əllərlə saat əqrəbi istiqamətində etmək lazımdır. Mərkəz və yuxarı hissəni baş və işarə barmağı ilə, sırğalıq nahiyəni isə beş barmağınızla masaj edin. Yuxululuq və yorğunluğu ən yaxşı sırğalığın masajı aradan qaldırır. Əldəki barmaqların masajını çeçələ barmaqdan başlamaq lazımdır. Əvvəlcə dırnaq falanqı sıxılır, sonra masaj hərəkətlərilə aşağıya doğru enilir.

Qaşın üstünün masajı da yaxşı effekt verir. Dairəvi hərəkətləri barmaqların ucu ilə mərkəzdən periferiyaya doğru 2-3 dəqiqə ərzində etmək kifayətdir ki, nəticəni görəsiniz. Bu müddət ərzində gözləri yummaq və bəbəkləri hərəkət etdirmək olar: sağa-sola, yuxarı-aşağı, dairə. Bu, gözlərin yorğunluğunu aradan qaldıracaq ki, bu da ümumi gümrahlıq üçün önəmlidir.

Beyin qan dövranını yaxşılaşdırmanın on asan yolu boyun fəqərəsini oynatmaqdır. Sağa və sola 5-6 dairəvi hərəkət, bir neçə dəfə başı önə-arxaya, sağ və sol çiyinə əymək kifayətdir. Boyunu da masaj etmək yaxşı nəticə verəcək. Bu hərəkətlərlə işdən sonra əyləncə üçün də güc yığa bilərsiniz.

Şərh yaz