Kiprikləri oxdur, qaşı kamandır…

loading...

Bu prosedur nəyə görə keçirilir? Məlumdur ki,ilk növbədə insanların diqqətini gözlər cəlb edir. Qaş və kipriklərin də bunda rolu az deyil. Təbii ki, gözəllik salonlarında da qaşlarınıza düzgün forma verə bilərsiniz. Lakin, artıq pul xərcləməmək üçün bu proseduru ev şəraitində də etmək mümkündür.

Mütəxəssislərin fikrinə görə dördbucaq üz formasına uzun qaşlar yaraşır, yumru üzə hündürdən gedən qaşlar. Oval üz sahibləri qaşlarını yay formasında alsalar daha yaxşı olar, uzunsov sifət formasına isə düz qaşlar uyğundur.

Qaşı almazdan öncə naqqaş (pinset), dezinfeksiya etmək üçün  losyon, böyük güzgü hazırlayın.

Qaşların ideal formada alınması üçün 3 vacib nöqtəni qeyd edin. Birinci nöqtə bu cür müəyyən edilir: karandaşı elə yerləşdirin ki, burnun qanadından gözün iç küncünə və daha sonra qaşa kimi getsin. Bu nöqtədən sonra bitən tüklər artıq hesab olunur, onları almaq lazımdır. İkinci nöqtə – qaşın hündürlüyünü müəyyən etmək üçündür. Karandaşı gözün çöl küncündən qaşa kimi aparan xəttinə diqqət yetiririk.

Üçüncü nöqtəni müəyyən etmək üçün karandaşı burnun qanadından, gözün çöl küncündən qaşa aparan xətt üzrə aparırıq. Kənarda bitən tüklər artıqdır, onları pinsetlə yığışdırırıq. Qaşları alarkən daima müqayisə etməyi unutmayın, çünki bir qaşı tam alıb bitirdikdən sonra ikinci qaşı ona oxşatmaq çətin olacaq.

Təcrübəsi olmayanlar qaşların üstünü almağa cəhd etməsinlər. Yaxşısı qaşlarını alt xətt üzrə alsınlar. Bunun üçün dərini dartaraq, aşağı küncdən tükləri ehmalca almaq lazımdır. Qaşları aldıqca yerini losyonla silmək lazımdır. Losyonun tərkibində aloe bitkisi olsa daha yaxşıdır. Qeyd edək ki, qaşlar mütəmadi alınsa, artıq tüklər vaxt keçdikcə bitməyəcək.

loading...
Şərh yaz