Kirpiklərin tökülməsi

loading...

Sizə kirpiklərin tökülməsinin səbəbi, bu prosesi saxlama üsulları və müalicə prosedurları haqqında danışacağıq.

Kirpiklərin tökülməsinin səbəbləri

Mütəxəssislər iddia edirlər ki, kirpiklərin tökülməsinin əsas səbəbi – keyfiyyətsiz kosmetikadır. Bu həm üz və göz ətrafı dəri üçün istifadə etdiyiniz kremlər, həm də dekorativ kosmetika ola bilər. Problem yarandığı zaman hansı kosmetik vasitələrdən istifadə etdiyinizi xatırlayın və onun istifadəsini dayandırın. Əgər siz bu kirpiklərin tökülməsi problemi ilə daim üz-üzə qalırsınızsa, bu zaman istənilən kosmetik vasitələrin istifadəsini dayandırmaq və müalicəvi prosedurlardan istifadə etmək lazımdır. Bu halda mütləq həkimlə məsləhətləşib müalicəyə başlamaq lazımdır.

Kirpiklərin tökülməsinin daha bir səbəbi – gigiyena qaydalarına məhəl qoymamaqdır. Ola bilər ki, siz yatmazdan əvvəl kirpiklərdən tuşu uzaqlaşdırmağı unutmusunuz. Belə elementar gigiyena qaydalarına məhəl qoymamaq da çox vaxt kirpiklərin tökülməsi kimi problemə səbəb olur. Məsələ ondadır ki, müasir tuşların tərkibində kirpikcik tüklərinin normal həyat fəaliyyətini çətinləşdirən paraben maddələri var. Bu səbəbdən kosmetik vasitələri dərinizdən mütləq təmizləyın.

Kirpiklərin tökülməsinin növbəti səbəbi – qoyma və ya süni kirpiklərdən istifadədir

Kirpiklərin tökülməsinin kifayət qədər yayılmış səbəbi – yanlış qidalanmadır ki, nəticə orqanizmdə kirpiklərin normal artması üçün lazım olan müəyyən maddələrin çatışmazlığı yaranır.

Kirpiklərin tökülməsi vaxtı nə etmək lazımdır?

  • İlk olaraq gündüz kosmetikanın istifadəsindən imtina edin, gecə yatarkən isə göz qapaqlarına və kirpiklərə qidalı yağ çəkin (gənəgərçək və ya zeytun yağı). Yağ göz qapaqlarına yumşaldıcı təsir edir və kirpiklərin artmasına imkan yaradır.
  • Başqa vasitə kimi yağ halında olan E vitaminini qeyd etmək olar ki, o həm qidalandırıcı effektə malikdir, həm də qocalma prosesini ləngidə bilir. Gözlərinizə həmçinin yaşıl çaydan vannalar da edə bilərsiniz. Bunun üçün sadəcə pambıq tikəsini çay dəmində isladıb 15 dəqiqə ərzində gözlərin üzərinə qoymaq lazımdır.
  • Kirpiklərin tökülməsinin qarşısını almaq üçün onları bərkitmək lazımdır. Bunun üçün yatmazdan əvvəl, bir vannaya bədən temperaturunda olan su tökün, üzünüzü həmin suya salın və gözlərinizi qırpmağa başlayın. Bunu ilk dəfə 30 saniyə, sonra 45, daha sonra isə bir dəqiqə ərzində etmək lazımdır.
loading...
Şərh yaz