Kişilər bunları çox sevir…

loading...

Elə sözlər var ki, kişilər bu sözləri bir qadından eşitdikdə çox xoşbəxt olur. Ona dəyər verdiyinizi göstərmək və onu xoşbəxt etmək üçün cümlələrin gücündən faydalanın.

“Kişilər, kişilər deyirik” və mövzumuza başlayırıq. Kişiləri əldə etmək çətin deyil, ancaq onları özünüzə bağlı saxlamaq bir az çətindir. Qadın cazibənizlə bir kişini ovucunuzun içinə asanca ala bilərsiniz, ancaq onu orada zəbt etməniz çox da asan olmayacaq.

Kişilərdə eqo ən yüksək səviyyədədir. Və qadınlara düşən vəzifə də tez-tez bu eqonu bəsləməkdir. Edəcəyiniz şey əslində o qədər sadədir ki…

Kişilərə onların sevdiyi sözləri söyləyin, “şirin dil”inizi işə salın..

Yoldaşınıza ya da sevgilinizə arada bir çox yaraşıqlı bir kişi olduğunu söyləyin. Bəli, bəlkə də heç yaraşıqlı deyil. Amma Siz yenə də onun könlünü xoş tutmaq üçün bunu deyin. Çünki hər kişi yaraşıqlı olmaq, ən azından özünü yaraşıqlı sanmaq istəyir.

Sizə hədiyyə aldığında, evə çörək gətirdiyində, sizi getmək istədiyiniz yerə apardıqda ona içdən bir təşəkkürü çox görməyin. Kişilər təşəkkürü sevər ..

Bundan əlavə, “Sənə güvənirəm”, “yanından özümü yaxşı hiss edirəm”, “məni xoşbəxt edirsən”, “hər zaman səninləyəm”, “həmişə yanındayam”, “dinləyirəm”, “problemin varsa, mənimlə bölüş”- kimi cümlələr kişiləri xoşbəxt edər ..

loading...
Şərh yaz