Kişiləri “əridən” qadın davranışları

loading...

Kişilərə təsir etmək üçün qadınların seçdikləri müəyyən davranışlar vardır. Amma işin gerçəyi, qadınların hamısı kişilərin əslində hansı qadına xas davranışlardan təsirləndiyi ilə maraqlanar və bu mövzudakı təklifləri əsla gözdən qaçırmazlar.

Kişiləri bəzən şirin, bəzən seksual, bəzən dəli və ya uyğun davranışlarınızla siz də ovsunlaya bilərsınız. Yazını oxuduqdan sonra müşahidələrimizə doğruluğuna siz də inanacaqsınız:

  • Hər nə qədər dodaq parladıcılarının yapışqanlığından şikayət etsələr də, yaş görünüşlü parlaq dodaqlar kişiləri cəzb edir.
  • Çox kişi qadınların çantalarında daşıdıqlarına lağ etsə də, hər vəziyyətə istiqamətli əşya daşımaları onlara çox təsir edər.
  • Kişilərin çoxu evlərində səliqəsizdir. Evlərini nizama salan qadınlar kişilər üçün vazkeçilməzdir.
  • Bəhanəyə ehtiyac duymadan yalnız ağılınızdan keçdiyi üçün zəng etməniz, öz içlərində etiraf edə bilməsələr belə kişilər üçün təsir edicidir. Bu onu düşündüyünüzü müəyyən edəcək özünə inamı və səmimiyyətə sahib olduğunuz mənasını verəcək.
  • Qadınların yumşaq əlləri kişilər üçün vazkeçilməzdir. Əllərinizin hər vaxt baxımlı olmasına diqqət yetirin.
  • Qadınların qoruyucusu kimi hiss etmək kişilər üçün qürur verici bir davranış olduğundan, təsir edicidir.
  • Baxımlı olmaq üçün sərf etdiyiniz məbləğdən şikayətlənsələr də, qadının baxımlı olması kişiləri təsir edən ən əhəmiyyətli faktorların başında gəlir.
  • Qadınların əşyalarına göstərdikləri diqqət, kişilərin gözündə sədaqət və fədakarlıq simvoludur. Əlaqənizə göstərdiyiniz fədakarlıqla nə qədər sadiq və etibarlı olduğunuzu anlamasını təmin edə bilərsiniz.
  • Qadınların baxımlı olmalarına diqqət yetirdikləri qədər, sadə və təbii olmalarına da diqqət yetirərlər. Şişirdilmiş makiyajlar və ya geyimlər, sadə və təbii halınız qədər onlara təsir etməyəcək.
  • Həyatının hər sahəsində müvəffəqiyyətli, nə istədiyini bilən və xeyirxah qadınlar kişiləri cəzb edir.
  • Uşaqlarla yaxşı ünsiyyət quran və onları sevən qadınlar kişilərə təsir edər.
  • Bir çox kişi, öz köynəyini qadınların üzərində görməkdən çox xoşlanar.
  • Bəzi kişilər qadınların dırnaqlarına lak sürməsinin çox estetik və təsir edici olduğunu düşünür.
  • Xüsusi əşyalarını əmanət edərək onlara duyduğu etibarı müəyyən edən qadınlar kişilərə cəlbedici gəlir.
  • Hər nə qədər qoxulu şamlardan, romantik atmosferdən anlamır kimi görünsələr də, belə şeylər bir çox kişinin ağlını başından alır.
  • Bəzən, kişilərin qadınlarla qəsdən inadlaşdıqlarını unutmamaq lazımdır. Kimisi inadlaşan qadınları çox cazibədar hesab etdiyi halda, kimisi də uşaq kimi küsən qadınları şirin hesab edir.
  • Qıçları və ombanı hər nə qədər cazibədar göstərsə də çox yüksək topuqlar sanıldığının əksinə kişilərin marağını çox çəkmir; xüsusilə də üzərlərində dayanmaqda çətinlik çəkirsinizsə.
  • Kişilərin ürəyinə gedən yol, boğazlarından keçər. Bunu nəzərə alaraq çalışın, əlinizin duzu olsun 😉
  • Tənqid etmələrinə baxmayaraq qadınların romantik hisslərini əks etdirə bilmələri onlar üçün əhəmiyyətlidir. Çünki heç bir kişi duyğularını rahatca ifadə edə bilməz.
  • Geyimlərindən, yeməklərinə qədər onlara diqqət göstərən qadınlar kişilər üçün təsir edicidir. Bu, əlaqələrinə nə qədər diqqət göstərdiklərinin bir işarəsidir.
  • Cinsi həyatınızda başdan çıxarıcı olsanız belə, kişilərin əslində şəhvətin xəbərçilərindən (emalı baxışlar və sözlər kimi …) təsirləndiklərini unutmayın.
  • Kişilərin zövqlərinə və vərdişlərinə anlayış göstərən qadınlar, onlar üçün daha cazibədardır.
  • Bir çox kişi, qadınları duş qəbul edərkən izləməkdən həzz aldığı kimi, onları duş qəbul edərkən düşünmənin belə çox cəlbedici olduğunu etiraf edir.
  • Xatırlamaları üçün kişiləri məcbur etmədiyiniz müddətcə xüsusi tarixlərə önəm verməyiniz onlar üçün əhəmiyyətlidir.
  • Qadınların uzun müddətdə hazırlanmaları kişilər üçün işgəncədir, ancaq qadınları soyunarkən izləməkdən huşlarını itirərlər.
  • Yoldaşlarının və başqalarının yanında söyləmədiyiniz müddətcə, xüsusi xitablarla ona səslənməniz kişilərə çox təsir edər.
  • Rahatlıqla hər şeyi paylaşa bildikləri, danışa bildikləri qadınları daha təsir edici hesab edərlər.
  • Düşündüklərini açıq şəkildə ifadə edən xanımlar kişiləri dəli edər.
  • İfrata varmadan qısqanclığınız xoşlarına gələr.
  • Kövrək halınız onlara çox təsir edər.
Şərh yaz