Kişiləri necə xoşbəxt etmək olar?

loading...

Kişiləri necə xoşbəxt etmək olar?

Bəzən sevdiyimiz insan özünü xoşbəxt hiss etmir yaxud münasibətlərimiz yolunda getmir və bu zaman onu xoşbəxt etmək üçün nələrisə planlaşdırırıq. Psixoloqlar isə sevdiyiniz insanı xoşbəxt etməyin yollarını söyləyiblər.

Makiyaj etməyinizi izləməyə şərait yaradın

Qadınların makiyaj etməsi kişilərin işgəncə kimi qəbul etdiyi bir şeydir. Amma buna baxmayaraq qadınlar makiyaj edərkən həyat yoldaşları bu prosesi çox maraqla izləyir, odur ki, çölə çıxmazdan əvvəl, yaxud səhərlər işə getməyə hazırlaşanda makiyaj edərkən qapının arasını bir balaca açıq saxlaya bilərsiniz.

Onun cazibədar olduğunu söyləmək

Qadınlar gözəl və baxımlı göründükləri zaman özlərini çox xoşbəxt hiss edirlər. Bu eynilə kişilərə də aiddir.

Onların da digərləri tərəfindən cazibədar olduqlarını eşitmək çox xoşlarına gəlir.Həyat yoldaşınızın xarici görkəminə hər zaman diqqətlə yanaşın və onun necə cazibədar birisi olduğunu söyləyin.

Səssizlik

Bəzi hallarda kişilər çox səssiz olurlar. Amma bu onların heç də kədərli olduğuna dəlalət etmir, əksinə xoşbəxt olduqları zaman da onlar susurlar.

Məsləhətlərə əməl edin

Xanımlar iş, dost yaxud da ailə münasibətlərindən danışarkən kişilərin onların sonunacən dinləməsini istəyirlər. Amma əsil gerçək odur ki, güclü cinsin nümayəndələri hər bir problemin çıxış yolu olduğuna inanırlar.

Onlar problemlər qarşısında aciz qalan insanları qəbul edə bilmirlər. Yəni, qadınların çətin vəziyyətində həyat yoldaşları onlara məsləhət verirlər və əgər siz bu məsləhətlərə əməl etsəniz onlara çox güvəndiyinizi sübut etmiş olarsınız.

Şərh yaz