Kişilərin əsas aksesuarı – qalstuk

loading...

«Kişinin qiyməti taxdığı qalstuk dəyərindədir, – Qalstuk onun özüdür, onun zövgüdür”

Onore Balzak.

Bəzən insanlar bahalı kostyuma və ayaqqabıya çoxlu pul verməyə hazır olsalar da,  qalstuka gəlincə qənaət edirlər. Lakin məhz bu aksesuarın bahalı olması həmin şəxsin imkanlı və zövqlü olmasının göstəricisidir. Buna görə qalstuk alarkən çox diqqətli olmağınız lazımdır.  

Alış-verişi necə edək?

– İlk öncə kostyumu, qalstuku və daha sonra köynək almalısınız.

Qalstukun etiketini oxuyun

«yeddi qatlı»

“Yeddi qatlı” qeydi qalstukun çox keyfiyyətli olduğunun göstəricisidir. Bu qalstuklar əsasən Avropada istehsal edilir. Bütöv parçadan (ipək və ya yun) və astarsız tikilir. Bu qalstukların düyünü zərif, parçaları isə keyfiyyətli olur. Ucuz qalstuklar isə adətən sintetik parçadan tikilir.

«Hand made»

Əl işi olan qalstuklar adətən bahalı mağazalarda 10 ədəd tirajla buraxılır. Lakin bu yazıya inanmayın və tikişləri yoxlayın. Arxa tikişə baxsanız onun zərif olmasına fikir verin. Ucuz qalstukların tikişi kobud və əyri olur. Bahalı qalstuklarda isə 2 ədəd köndələn tikiş olur.

Bahalı italyan qalstukların hər iki küncü astar parçadan deyil, məhz parçannın özündən emal edilmir, lakin eyni zamanda içərisinin astar parçası əsas parçadan fərqlənir. Astar parça o qədər məharətlə tikilir ki, onun heç bir hissəsini  görmək mümkün deyil.

Ehtiyatlı olun, saxta mal!

  • Qalstuku qolunuza salın. əgər enli hissəsi burulmadan sallanırsa deməli qalstuk yaxanızda dabu cür duracaq.
  • Adi qalstukun uzunluğu 130 santimetrdən qısa, 150 santimetrdən uzun olmamalıdır..
  • Qalstuku yüngülcə dartın.Əgər  parçası dartılırsa deməli qaltuk bir müddət sonra formasını itirəcəkdir.
  • Enli qalstukun bu hissəsinin ensiz hissəsinə bərkidilməsi üçün elə öz parçasından qarmağı olmalıdır.
ETİKET

Qalstuk kostyumun və ya köynəyin rəngi ilə kontrast və ya uyğunluq təşkil etməlidir.

Dama-dama rəsmli qalstukları idman üslubu ilı uyğunlaşdırın.

Bir ansambla üç rəsm olmamalıdır. Pencək və qalstuk şəkillidirsə köynək bir rəng olmalıdır.

Enli və iri şəkilli qalstuklar enlikürək kişilərə, nazik və xırda şəkilli qaıstuklar isə arıq kişilərə yaraşır.

Qalstuk bağlı hala beldən 2 sm aşağı olmalıdır.

Qalstuku hər axşam açın, yoxsa bir müddət sonra düyün bağlamaq mümkün olmayan lazımsız parçaya dönəcəkdir.

Şərh yaz