Kişilərin gözündə qadın çatışmazlıqları və üstünlükləri

Sosioloqlar üçün güclü cinsin nümayəndələrinə hansı xüsusiyyətlər daha cazibədar görünür, hansıları isə qadınlar üçün mənfi cəhət kimi qiymətləndirir sualı çox aktualdır. Araşdırmaların yekununda alınan nəticəni sizə təqdim edirik.

Qadınların əsas çatışmazlıqları

Bacarıqsız qadın

Kişilərin fikrincə qadınları onlardan uzaqlaşdıran əsas xüsusiyyətlərdən biri evdarlıq keyfiyyətlərinin olmamağı və təsərrüfatda bacarıqsızlıqdır. Həqiqətən kişi qadına çox şeyi bağışlaya bilər, amma əgər qadın evdarlıq işləri ilə yaxşı məşğul olur və yemək bişirməyi bacarırsa, bu zaman onunla münasibət daha tez və effektiv alınır. Necə deyirlər “kişinin qəlbinə yol mədəsindən keçir”.

Bədxərc qadın

Ailə büdcəsini düzgün və lazımlı qaydada aparmayan xanımlar, nə həyat yoldaşlarının, nə də ki, qayınanalarının yanında lazımlı nüfuza və hörmətə malik olmurlar. Əgər bir qadın öz bir aylıq maaşını bir gün ərzində özü üçün xərcləyərsə, o ciddi fikirdə olan kişi üçün cəzbedici olmayacaq. Buna görə sosioloqlar öz qızğınlığını azaltmağı və qadın əllərinə düşən maddi vasitələri düzgün və səliqəli xərcləməyi öyrənməyi məsləhət görürlər.

Pəhriz həvəskarları

Daim pəhriz saxlayan, vegeterian olan, hər qəbul etdiyi kaloriləri sayan qadın kişilərdə heyranlıq hissinə səbəb olmur. Buna görə sağaldıcı qidalanma rejimindən istifadə edərkən. pəhriz saxlayarkən bu haqda ətrafdakılara məlumat vermək lazım deyil, bunu sakitcə etmək lazımdır, çünki onlardan siz dəstək və tərif ala bilməyəcəksiniz.

Kökələn qadınlar

Kişilər öz fikirlərində zidd və dəyişkəndirlər. Onlar həm daim pəhriz saxlayan xanımları, həm də ki, daim çəkidə artan xanımları sevmirlər. Yəni kişilər ilk tanışlıq vaxtı arıq olan, sonralar artıq çəki yığan xanımları xoşlamırlar.

Ağırtərpənən xanımlar

Əgər sizin qarderob geyimlə doludursa, amma siz yenə də geyinməyə heçnə tapmırsınızsa, bu zaman siz üç saat ərzində geyinən və bununla kişinin səbrini sınayan qadınlardansınız. Kişi sizi uzun müddət gözləsə də, ürəyinin dərinliyində o bunun sizin böyük çatışmazlığınız olmasını hesab edəcək.

Boşboğaz qadın

Kişiləri boşboğaz və çox danışan xanımları sevmirlər, çünki onlar bundan çox yorulur. Öz yoldaşınızı sakitlik ilə sevindirin. 🙂

Qadınların əsas cazibədar xüsusiyyətləri

  • Kişilər qadınların hündür daban ayaqqabı geyinməsini xoşlayır. Belə qadınlar özlərinə diqqət cəlb edirlər.
  • Kişilər qadının geyimi və imicində rəsmi üslubun tərəfdarı olmasını sevir.
  • Öz bədən çatışmazlıqlarını xüsusi geyimlər ilə maskalayan, üstünlüklərini isə hər hansı bir yol ilə vurğulayan xanımlar kişilərin xoşuna gəlir.
  • Gülümsəməyə çalışın, sizin üzünüzdəki təbəssüm kişi ilə yaxşı əlaqə yaratmağa imkan yaradacaq, onu tərksilah edəcək.
  • Qadın kişiyə qulaq asmalıdır. Bu zaman diqqət və maraqla qulaq asmaq lazımdır. Onun dediklərini məhz anlamaq və ona qulaq asmaq lazımdır. Yalandan razılıq bildirmək lazım deyil.
Şərh et