Kişilərin Şikayətləri

Mübahisə zamanı hansı hərəkətlərimizin onları qıcıqlandırdıqlarını soruşduq….

  • “Ən nifrət etdiyim hərəkət mübahisədən sonra iti qucaqlamasıdır. Buna nifrət etmək də uşaqsayağı səslənir, amma özümü saxlaya bilmirəm. Əsəblərimi cilovlamağa çalışıram. Halbuki, o itin yerində mən ola bilərdim”.
    Elvin M.
  • “Hər dəfə Facebook lövhəsində “Əzizim, mən çox xoşbəxtəm ki, biz artıq dava etmirik” kimi cümlələryazır. Bufikrin özü xoşuma gəlir və onu xoşbəxt etdiyimə görə sevinirəm, amma hər mübahisəmizdən dostlarımın xəbər tutmasının tərəfdarı deyiləm”.
    Musa F.
  • “Hər davada mənə “Yenə bu yaxşıdır, keçəndəfəki davamız, ümumiyyətlə, səbəbsiz oldu” deməsinə dözə bilmirəm. Olub-keçənləri yenidən gündəmə gətirməsi əhvalımı pozur”.
    Tamerlan P.
  • “Nəyə görə mübahisə etməmizdən asılı olmayaraq, o, hər dəfə dava-dalaşdan sonra mürgüləyir. Mən isə əksinə, əylənmək istəyirəm”.
    Vahid B.
  • “Məni narahat edən tək şey hər dəfə mübahisə etdikdən sonra onun qonşu otaqda rəfiqəsinə bütün olanları detalları ilə telefonda danışmasıdır. Mənə elə gəlir ki, onun həmişə kiminsə müdafiəsinə ehtiyacı var”.
    Gündüz C.
  • “Hər mübahisədən sonra, onun “Hərşey yaxşıdır?” sualına cavab vermək məcburiyyətində olmaq məni təngə gətirib. Aydın məsələdir ki, biz mübahisəyə son qoymadıqca, hər şey qaydasında olmayacaq”.
    İlqar N.
  • “Ən sevmədiyim hərəkəti dava edəndən sonra məni şirin ləqəblərlə çağırmasıdır. Bunu məcburiyyətdən edir”.
    Cavidan S. 

Səni bağışlaması üçün xüsusi toxunuş tərzi

Başını sinəsinə doğru əy. Qoy, boynun görünsün. Bu məzlum vəziyyətlə təslim olduğuna işarə etmiş olacaqsan. O isə düşünəcək ki, səhvini anlamısan. Eyni zamanda, bir əlini onun qoluna qoy. Bu incə toxunuş onun ürəyini yumşaldacaq və səni bağışlamağa cəsarətləndirəcək.

“Səni bağışlayıram” cümləsinə bərabər jest

İlk öncə, bədəninin onunla paralel olmasına diqqət et. Bununla onu diqqətlə dinlədiyini göstərəcəksən. Danışan zaman qollarını çarpazlaşdırma. Sən onun sözlərinə açıq olmalısan. Ovuclarını açıq vəziyyətlə ona yönləndirilmiş şəkildə saxla. Bunun psixoloji əhəmiyyəti böyükdür. Onunla bu tərzdə danışsan, anlayışlı olduğunu başa düşəcək.