Kıvanç Tatlıtuğ

Türk aktyor və model

loading...

O, 27 oktyabr 1983-cü ildə Adana, Türkiyədə böyük bir ailədə, anadan olub.

Təhsilini özəl kollecdə alıb. Erkən yaşından basketbolla ciddi maraqlanırdı. Atasının xəstəliyi səbəbdən, o ailəsi ilə İstanbula köçür və təhsilini burada davam edir.

Ülkerspor” basketbol komandasında uğurla oynayırdı. Lakin aldığı zədəyə görə peşəkar idmanı tərk etməli oldu.
2001-ci ildə anası sayəsində, modellik karyerasına başlamışdır. 2002-ci ildə “Best Model of Turkey “ və “ Best Model of The World “ müsabiqələrinin qalibi olur.

Paris və Roma podiumlarında çıxış edib.
İstanbul Mədəniyyət Universitetinin Rabitə və dizayn fakültəsini bitirib. O, Dövlət Teatrında aktyor sənəti üzrə təhsil almışdır.

“Amerikalılar Qara dənizdə” komediyasında 2007-ci ildə debüt etmışdir. Böyük populyarlığı Türk TV seriyallarında qazanıb.

Kıvanç Tatlıtuğu “Turkiyənin Brad Pitti” adlandırırlar. Aktyor, Türkiyə və ərəb dünyasında çox populyardır. 2009-cu ildə “Hurriyet” qəzetinin keçirdiyi sorğu nəticəsində, Kıvanç Tatlıtuğ Turkiyənin ən seksual aktyoru seçilmişdir.

loading...
Şərh yaz