Klassik “Sezar” salatı

loading...
  • Romano salatı – 1 dəstə
  • Zeytun yağı – 50-70 ml
  • Parmezan pendiri – 50 qr
  • Sarımsaq – 1 diş
  • Yumurta – 1 ədəd
  • Limon – 1 ədəd
  • Kruton üçün bəyaz çörək – 150 qr
  • Ədviyyat

Hazırlanması:

Çörəyin yumuşaq hissəsini dördbucaq şəkildə doğrayın. Üzərinə zeytun yağı tökərək sobada 5-10 dəqiqə qurudun. 1 diş sarımsağı bir qədər duzla əzin, üzərinə yağ tökün və bir qədər saxlayın. Daha sonra alınmış sousu sobadan çıxmış çörəklərin üzərinə tökün. Pendiri sürtgəcdən keçirin. Yumurtanı 1 dəqiqə ərzində qaynadın.

Salatları əllərinizlə aralayın, kasaya düzün, üzərinə yağ töküb qarışdırın, duz, istiot, limon şirəsi və Vuster sousu töküb qarışdırın.
Yumurtanı sındırın salatın üzərinə töküb qarışdırın. Daha sonra salatın üzərinə kruton və parmezan pendirini tökün və bir daha qarışdırın. Salatımız hazırdır.

Nuş olsun.

Şərh yaz