Koka-kolanı məişətdə necə istifadə etmək olar?

  1. Əgər siz qazanın dibini yandırmısınızsa, bu zaman ona kola töküb qazanı qaynadın. Bu üsuldan istifadə edərək siz qazanınızın əvvəlki vəziyyətini qaytara bilərsiniz.
  2. Koka-koladan istifadə edərək istənilən şəkilə çox asanlıqla qədimilik effektini vermək olar. Bunun üçün sadəcə şəkili azca kolaya batırıb sonra isə onu səliqəli silib qurutmaq lazımdır. Bu zaman çalışın şəkili xarab etməmək üçün onu çox islatmayasınız.
  3. Əgər siz saçlarınızı boyadıqdan sonra saç rənginiz çox tünd alınıbsa, bu zaman koka-kola sizə saçlarınızın rəngini bir az açmağa kömək edəcək.
  4. Əgər köhnə qəpikləri kolada islatsanız, bu zaman onlar daha parlaq rəng alacaqlar.
  5. Çaydanınızın içinə koka-kola tökün və onu bir gün orada qalmasını təmin edin. O çaydanınızın bütün ərpini çıxaracaq.
  6. Əgər unitaza Kola töksəniz, bu zaman o onu gözə çarpan dərəcədə təmizləyəcək.
  7. Kolanı sous hazırlayarkən də istifadə edə bilərsiniz. Bunun üçün 1:1 nisbində sousu kola ilə qarışdırın və toyuq (və ya başqa ət məhsulu, balıq) qızardarkən onun üzərinə çəkin. Çox dadlı olacaq.
  8. Koka-kola – saçlar üçün yaxşı kondisionerdir. Onu öz saçlarınıza çəkin, bir az saxladıqdan sonra saçlarınızı yaxalayıb qurudun.
  9. Əgər şurup paslandığına görə siz onu çıxarmaqda çətinlik çəkirsinizsə, bu zaman əskini kolada isladıb şurupun ətrafına sarıyın. Bir neçə saatdan sonra onu burub açmaq daha rahat olacaq.
  10. Öz zinət əşyalarınızı da kolanın köməyi ilə təmizləyə bilərsiniz. Onları sadəcə bir stəkan kolanın içinə yerləşdirin, bir neçə dəqiqədən sonra çıxarıb yumşaq süngər ilə onları silin. Unutmayın ki, qaşlı zinət əşyalarını bu üsul ilə təmizləmək olmaz, bu onlar üçün çox zərərlidir!
  11. Qəribə olsa da, koka-kola mədə nasazlığı vaxtı da kömək edir. Amma bunun üçün kolanı bir az ağzı açıq vəziyyətdə saxlayın ki, qazı itsin, əks halda bu sizin vəziyyətinizi yalnız ağırlaşdıracaq.
loading...
Şərh yaz